Ölkə futbolu
Elçin Məmmədov: “Üstü bəzək, içi təzək olan bir işdə heç vaxt inkişaf ola bilməz”
Sabiq FİFA referisi Elçin Məmmədovun müsahibəsi.
- Hakimlikdən getdikdən sonra AFFA Hakimlər Komitəsi sizinlə maraqlanır?
- Mən hakimlikdən uzaqlaşdırılmamışam. İşlərim çox olduğu üçün oyunları idarə etməyə vaxtım yoxdur. Ancaq yenə də Hakimlər Komitəsinin içindəyəm. Orada gənc hakimlərə dərs keçirəm. Yəni heç kimdən inciməmişəm.
- Hakimliyin bugünkü səviyyəsi barədə nə deyə bilərsiniz?
- Bu gün az da olsa hakimlik yaxşılığa doğru gedir. Ancaq çətinliklər də var. Bu çətinliklərin subyektiv və obyektiv səbəbləri var. Tək qonorarı artırmaqla hakim yetişməz. Hakimə bilik vermək lazımdır. Fiziki hazırlığı yerində olmayan hakimə isə heç bir bilik kömək edə bilməz. Ancaq bu gün fiziki hazırlıq keçmək üçün böyük problemlər var. AFFA-da bu işlə məşğul olanlar düşünməlidir ki, hakimlər də qaçmalıdır, məşq etməlidir.
- Sizcə, son dövrlər hakimlikdə inkişafın nəzərə çarpmaması bununla bağlıdır?
- Təbii ki, bununla bağlıdır. Bu yaxınlarda bir verilişdə futbol xadimimiz Rüstəm Rəhimov bildirdi ki, bu gün Azərbaycan hakimliyi sıfır səviyyəsindədir. Mən onunla razıyam. Ancaq hakimlik kimə tabedir? Əlbəttə ki, AFFA-ya. Uşaq futbolunun da səviyyəsi hakimlikdən geri qalmır. Hansı ki, uşaq futbolu üçün külli-miqdarda vəsait ayrılır. Əvvəllər 10 manat alan adam bu gün 1000 manat alır. Ancaq gəlin baxaq, inkişaf oldumu? Olmadı. Çünki strategiya düzgün qurulmayıb. Buna görə də heç bir inkişafdan söhbət gedə bilməz. Üstü bəzək, içi təzək olan bir işdə heç vaxt inkişaf ola bilməz. Hər bir layihənin başlanğıcı kimi sonu da olmalıdır. Ancaq bizim futbolumuzda olan layihənin sonu bilinmir. Bununla heç nə etmək olmaz. Qeyd etdiyim kimi, gəlirini artırmaqla hakimliyin səviyyəsini qaldırmaq olmaz. Mən bir kilometr qaça bilmirəmsə, siz mənə beş min manat verməklə bir neçə kilometri necə qaça bilərəm? Araşdıran yoxdur ki, niyə dövlət proqramları ilə inşa olunan stadionlar zəbt olunub? Hakimlərimiz 15 gün toplanışda olmaqla təhsil artıra bilməzlər. İlk növbədə fiziki hazırlıq yerində olmalıdır. Bunun üçün isə stadion olmalıdır ki, hakimlər orda məşq etsinlər. Çox təəssüf ki, son vaxtlar Bakıda 10 stadion söküldü.
- Bütün bunlar ümumi futbolumuzun problemidir. Ötən mövsüm də hakim idarəçiliyi haqda söz-söhbərlər oldu.
- Hakimlik həmişə müzakirə olunacaq. Çünki bizdə ədaləti qəbul etmək istəməyən insanlar çoxdur. Bu gün uduzan komanda hakimi pis, qalib gələni isə yaxşı adlandırır.
- İnkişafa doğru gedən hakimlərdən kimləri qeyd edə bilərsiniz?
- Ad çəkmək istəməzdim. Ancaq son bir neçə ildə daha yaxşı nəzərə çarpan Rauf Cabbarovdur.
- Rauf Cabbarov da idarəçiliyi birmənalı qarşılanmayan hakimlərdəndir.
- Bunlar təbiidir. Rauf mənim tələbəmdir. Onun son iki ildəki idarəçiliyinə diqqət yetirdikdə inkişaf etdiyi aşkar hiss olunur.
- Ancaq hələ də hakimlərimiz UEFA tərəfindən mühüm təyinat almırlar.
- Bunun da obyektiv və subyektiv səbəbləri var. Avropa ölkələrindən İtaliyaya nəzər salsaq, görərik ki, reytinqinə görə 20-ci yerdə gedən hakim ən pis halda "Napoli" kimi komandanın oyununu idarə edir. Buna görə də klub reytinqinə görə təxminən 50-60-cı yerləri tutur. Ancaq bizim bir nömrəli hakimimizin Premyer Liqamızda oyunlarını idarə etdiyi komandaların reytinqi aşağıdır. Buna görə də istər-istəməz UEFA avropalı hakimlərə daha çox təyinat verir Bundan əlavə burada AFFA-nın də səhlənkarlığı var. Ötən mövsümə qədər türk hakimlər də mühüm oyunlara çox az təyinat alırdı. Ancaq bu gün görürük ki, Cüneyt Çakır bir sıra mühüm təyinatlar alır. Çünki Türkiyə Futbol Federasiyası bununla bağlı UEFA-ya narazılığını bildirmişdi. AFFA-nın baş katibi də bu məsələyə fikir verməlidir, UEFA-ya öz sözünü deməlidir. Məsələnin mahiyyəti bundan ibarətdir. Ancaq jurnalistlərimizin çoxu bəzən haqsız tənqidlər edirlər. Azərbaycanda futbol sahəsində çox tənqidlər olur. Ancaq düzgün tənqid olunmalıdır.
- Tənqidlərdə o da yazılır ki, hakimlər arasında qruplaşma mövcuddur, Hakimlər Komitəsinin sədri Xaqani Maməmmədovun öz adamları var.
- Ola bilər ki, Xaqani Məmmədovun kimlərəsə simpatiyası var, onun öz adamları ola bilər. Ancaq qruplaşmadan söhbət gedə bilməz. Hansısa hakim qonorarı çox alan kimi müəyyən söhbətlər yarana bilər. Belə şeylər olur.
qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:43
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
12.11.2026
11.11.2026
10.11.2026
























