22 Noyabr 2026, Bazar günü
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası

Xarici futbol

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı

Türkiyə Superliqasında ikinci tura start verilib.

Futbolxeber.az saytının məlumatına görə, turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin formasını geydiyi “Ərzurumspor” öz meydanında “Qalatasaray”ı qəbul edib. Matç İstanbul klubunun böyükhesablı qələbəsi ilə başa çatıb.

“Ərzurumspor” - “Qalatasaray” - 0:4

Qollar: Şallai, 12, Akgün, 20, Osihmen, 20; 79

Nəriman Axundzadə də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə, hesab 0:3 olarkən Gyrano Kerkin əvəzinə meydana çıxıb. Millimizin forvardı 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, 2 turdan sonra “Qalatasaray” 4 xalla turnir cədvəlində 1-ci, “Ərzurumspor” isə 0 xalla sonuncu, 18-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30