12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Xarici futbol

“Atletik” “Qarabağ”ın şikayəti əsasında cərimələndi

UEFA İspaniyanın “Atletik” klubuna cəza tətbiq edib.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Qarabağ”la keçirilən və Bilbao təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda azarkeşlərin davranışı olub.

Beləliklə, “Atletik”in fanatlarının matç zamanı yol verdiyi pozuntulara görə klub 10 min avro (təqribən 20 min manat) məbləğində cərimələnib.

Qeyd edək ki, qarşılaşma zamanı tribunada erməni separatçılarının vaxtilə Qarabağ ərazisində yaratdıqları qondarma quruma aid bayraq nümayiş etdirilib. Bu hadisə ilə əlaqədar “Qarabağ” klubunun nümayəndələri həm görüşdən əvvəl, həm də oyun ərzində baş verən təxribatlar barədə meydan sahiblərini məlumatlandırıb və məsələni UEFA-nın diqqətinə çatdırıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31