7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Xarici futbol

“Barselona” 15 yaşlı futbolçu ilə 2026-cı ilə kimi müqavilə imzalayacaq

“Barselona” gənc istedad Lamin Yamellə yeni müqavilə imzalayacaq.

Futbolxeber.az saytının İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 15 yaşlı futbolçunun yeni sözləşməsi 2026-cı ilə kimi nəzərdə tutulub.

Lamin Yamel “Barselona”nın əsas heyətində La Liqanın 32-ci turunda “Betis”ə qarşı keçirilən oyunda (4:0) debüt edib. Forvard 83-cü dəqiqədə meydana çıxmaqla 15 yaş 290 günlüyündə Kataloniya klubunun heyətində İspaniya çempionatında forma geyən ən gənc futbolçu olub.  

Qeyd edək ki, bütün turnirlər nəzərə alınmaqla “Barselona”nın ən gənc debütantı 1912-ci ildə, 15 yaş 4 ay 18 günlüyündə meydana çıxmış Paulino Alkantaradı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31