21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Xarici futbol

Avstriyalı futbolçunun Azərbaycanla oyunda heyətdə yer almaq arzusu

“AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla ilk oyununda heyətdə yer alaraq, dönüş etmək istəyirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Avstriya millisinin futbolçusu Patrik Vimmer deyib.

22 yaşlı hücumameyilli oyunçu martda start götürəcək seçmə mərhələdə uğur qazanmaq iqtidarında olduqlarını bildirib: “Ralf Ranqnik kimi çox yaxşı baş məşqçimiz var. O, futbolçu heyətinin imkanları ilə uğurlu iş görə bilər. Fikrimcə, bu komanda qrupda istədiyi nəticəni qazanacaq gücdədir. Mən də yığma ilə davam etmək arzusundayam. Ümid edirəm ki, martdakı matçlarda heyətdə yer alacağam”.

Qeyd edək ki, Patrik Vimmer Avstriya yığmasında yeganə oyununu 2022-ci ilin iyununda Danimarka ilə matçda keçirib. AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda isə Avstriya ilə Azərbaycan seçmələri martın 24-də Linz şəhərində üz-üzə gələcəklər.





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30