16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu

Xarici futbol

“The Best”: De Byazi və Maksim Medvedev kimlərə səs verib?

FİFA-nın təşkil etdiyi 2020-cı ildə dünyanın ən yaxşı futbolçusu və məşqçisi seçimində Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, millimizin baş məşqçisi Danni De Byazi səslərini müvafiq ardıcıllıqla  Robert Levandovski ("Bavariya"), Məhəmməd Salah ("Liverpul") və Kevin De Bruyneyə ("Mançester Siti") verib.

Milimizin kapitanı Maksim Medvedev "The Best"ə Robert Levandovski ("Bavariya"), Kriştiano Ronaldo ("Yuventus") və Serxio Ramosu ("Real") layiq göstərib.

De Byazi ən yaxşı baş məşqçi seçimində Yurgen Kloppu ("Liverpul") 1-ci, Xulen Lopetegini ("Sevila") 2-ci, Zinəddin Zidanı ("Real") 3-cü yerə layiq görüb.

Maksim Medvedev isə Yurgen Kloppu 1-ci, Zinəddin Zidanı 2-ci, Hans-Diter Fliki ("Bavariya") üçüncü yerdə göstərib.

Xatırladaq ki, Robert Levandovski ilin futbolçusu, Yurgen Klopp isə ilin məşqçisi seçilib.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31