8 Oktyabr 2026, Cümə axşamı
“Şahdağ Qusar”dan darmadağın
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi

Xarici futbol

Kamranın komandası Rusiya Premyer Liqasında

Rusiyanın “Ximki” klubu növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda Moskva vilayətinin idman naziri Roman Teryuşkov açıqlama verib.

O, koronavirusa görə yarımçıq dayandırılan birinci divizionda 2-ci pillədə qərarlaşan paytaxt təmsilçisinin elitada iştirak hüququ qazandığını deyib.

U-21 millimizin sabiq üzvü Kamran Əliyevin çıxış etdiyi komandanın maliyyə problemlərinə görə Premyer Liqada oynamayacağı bildirilirdi. Teryuşkov artıq bu məsələni də yoluna qoyulduğunu, klubun yeni sponsorlarla anlaşdığını deyib.

Qeyd edək ki, "Simurq"un sabiq baş məşqçisi Sergey Yuranın çalışdırdığı “Ximki” bu mövsüm Rusiya kubokunun finalına da vəsiqə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31