3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

"İnter" və "Roma" UEFA-nın xahişini rədd etdi: Avropa Liqasın çıxmırıq!

UEFA prezidenti Aleksander Çeferin İtaliyanın "İnter" və "Roma" klublarına müraciət edib.

Futbolxeber.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, qitə futbol qurumunun rəhbəri A Seriyası təmsilçilərindən Avropa Liqasını tərk etmələrini xahiş edib.

A.Çeferin turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb. O hesab edir ki, yarışın vaxtında bitməsi AVRO-2020-nin planlaşdırıldığı kimi bu yay keçirilməsinə kömək edəcək. Həmçinin qitə futbol qurumunun prezidenti İspaniya hökumətinin məsuliyyəti öz üzərinə götürdüyünü nəzərə alaraq, onları turnirdən kənarlaşdırılmayacaqlarına inandırmağa çalışıb. Amma İtaliya nəhənglərinin bu təklifdən imtina etdiyi iddia olunur.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə "Roma"nın İspaniya təmsilçiləri "Xetafe" və "Sevilya" ilə səfər matçları koronavirusa görə təxirə salınıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31