9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Xarici futbol

Braziliya millsinin həkimi: "Neymarın sağalması 3 ayadək çəkəcək"

Fransa çempionatının XXVII turunda “Marsel” ilə ev oyununda zədələnən PSJ klubunun futbolçusu Neymarın sağalması 2,5 – 3 ay çəkəcək.
 
Futbolxeber saytının məlumatına görə, bu barədə “Sky Sports”a açıqlamasında Braziliya millisinin həkimi Rodriqo Lasmar bildirib.
 
Beləliklə, forvardın martın 6-da İspaniyanın “Real Madrid” komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxacağı dəqiqləşib. Paris təmsilçisi səfərdə keçirdiyi ilk görüşdə 1:3 hesabı ilə uduzub.
 
Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31