Xarici futbol
"Karabakh" Vyananı tez bir zamanda Bundesliqada görmək istəyirik"
Avstriyada fəaliyyət göstərən "Karabakh" Vyana klubunun baş meneceri Ramin Şükürovun klubun mətbuat xidmətinə müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- "Karabakh" klubunun cari mövsüm ilk dövrədəki çıxışını necə qiymətləndirirsiniz?
- Klubumuz bu il Avstriya 3-cü liqasında ilk dəfə çıxış etməsinə baxmayaraq, 16 oyunun nəticəsi olaraq 30 xal toplayaraq, liqanın ilk dövrəsini 6-cı yerdə bitirmişdir. Bu nəticə 3-cü liqaya yeni yüksələn və ilk dəfə olaraq bu liqada mübarizə aparan bir klub üçün çox yüksək göstəricidir. Lakin qarşısına yüksəklər hədəflər qoyan bir klub üçün razı qalınacaq bir nəticə deyil. Klub olaraq ardıcıl 3 ildir yüksək liqaya yüksəlməyimizi, hər il yüksək liqalara uygun dəyişiklikləri və istənilən nəticələri əldə etmək üçün adaptasiya müddətini nəzərə alsaq, biz "Karabakh" Vyana idarə heyəti olaraq hal-hazırkı inkişaf prosesindən məmnunuq. Çünki liqanın ilk dövriyyəsindəki nəticələr həlledici deyil. Biz dövrə arasını doğru dəyərləndirərək həlledici olan 2-ci mərhələdə ümidlərin doğrulacağı nəticələr vermək istəyirik.
- Son oyunları nəzərə alaraq demək olar ki, bəzi futbolçular məşqçilərin ümidini doğrultmadı?
- Təbii ki, yeni transferlərdən qısa müddətdə istənilən səviyyədə oyun tələb etmək etmək olmur. Biz bu il fərqli ölkə və fərqli liqalardan, fərqli özəlliklərə sahib oyunçu transferləri etdik. Bütün bu fərqlilikləri klubun gələcəyi naminə birləşdirmək üçün ən önəmli ehtiyac zamandır. Klub rəhbəliyi qısa müddət ərzində böyük nəticələr əldə etmək üçün lazımi işləri həyata keçirir. Çünki ən qısa müddətdə Avstriya 1-ci liqasına çıxmaq hədəfinə çatmaq üçün, zamanla savaşmalısınız.
- Antalya toplanışında Bakının "Xəzər" klubuyla görüş oldu. Bu Azərbaycan klubuyla ilk görüş kimi tarixə düşdü. Rəqib haqqında fikirləriniz maraqlıdı...
- "Xəzər" klubu da "Karabakh" Vyana klubu kimi gənc və hədəfləri olan klubdur. Bizimlə oyunda rəqib çox yaxşı mübarizə apardı. Bu inkişaf tempi ilə "Xəzər" klubunu tezliklə premyer liqada görəcəyimizə inanıram. Ümid edirəm ki, yaxın gələcəkdə "Xəzər" və "Karabakh" ən yüksək liqada mübarizə aparan futbol klubları olaraq yenidən qarşılaşarlar.
- Klubunuzda çıxış edən azərbaycanlı futbolçuların hazırlıq vəziyyəti necədir?
- Qış transferində klubumuzun heyətinə cəlb olunan Emil Fərzəliyev ilə birlikdə hal-hazırda klubumuzda 3 azərbaycanlı futbolçu var. Bildiyiniz kimi, Elvin Bədəlov və Dmitri Nağıyev mövsümün ortalarından heyətdə yer almağa başladılar. Elvin Bədəlov bu mövsüm çox yaxşı formadadır və davamlı olaraq start heyətdə forma geyinir. Dmitriy Nagiyev sağ müdafiə mövqeyində çıxış etmək üçün Avstriya Bundesliqasında çempion olan Kristian Sonoferlə rəqabət aparır. Təbii ki, kimin hansı oyunda komanda üçün daha doğru seçim olduğuna komandanın baş məşqçisi qərar verir. Emil Fərzəliyev isə çox gənc futbolçu olaraq A komandasında forma geyinmək üçün adaptasiya müddəti keçməli və çox çalışmalıdır.
- Yayda digər azəri futbolçuların transferi gözlənilirmi?
- Yay transfer üçün hal-hazırda düşünmək tezdir. Çünki biz mövsümün sonunda hansı liqada olacağımızı daha bilmirik. Sezon sonuna yaxın hansı liqada oynamağımızın daha realistik olmasına bağlı olaraq o liqa səviyyəsi üçün transferlərə diqqətimizi yönəldəcəyik. Azərbaycanlı bir sıra gənc oyunçuların yayda transferi həyata keçirilə bilər. Klubun skautları Azərbaycanın U-19 və U-21 komandalarında forma geyən futbolçuları izləyir.
- "Karabakh" Vyananın infrastrukturu və gələcək planlar barədə danışmağınızı istərdik...
- Bu il fevral ayında klubumuzun infrastruktur imkanları baxımından çox önəmli bir hadisə baş verdi. 3 aydır Schwechat şəhər meriyası ilə apardığımız rəsmi danışıqlar fevral ayının 15-də öz bəhrəsini verdi. (Schwechat şəhəri Vyana şəhər aeroportunun ətraf bölgələrini əhatə edir, klubun hazırki idman mərkəzindən 3 km məsafədə yerləşir.) Belə ki, klub və şəhər meriyası arasında razılığa əsasən "Karabakh" Vyana futbol klubu artıq ev oyunlarını Avstriyanın tarixi Rudolf Ton stadionunda keçirəcəkdir. Rudolf Ton stadionu 1980-ci ildə inşa edilmişdir və 7 min nəfərlik tribunaya sahibdir. Klubumuz Mart ayının 3-də sözügedən stadionda ilk rəsmi ev oyununa çıxacaqdır.
"Karabakh" Vyana idman mərkəzi isə klubumuzun futbol məktəbi və əsas komandaları üçün təlim-məşq meydançaları olaraq qalmaqda davam edəcəkdir. İdarə heyəti olaraq maaliyyə imkanlarımızı genişləndirərək, "Karabakh" Vyana idman mərkəzini yaxın gələcəkdə müasir idman mərkəzi kompleksi formasında inşa etməyi planlayırıq.
- Cari mövsüm üçün hədəf nədir? Hazırda futbolçuların səviyyəsi daha yüksək liqaya vəsiqə qazanmağa imkan verir?
- Hər il olduğu kimi bu ildə cari mövsümdə hədəf bir pillə yüksək liqaya vəsiqə qazanmaqdır. Bu il klubumuzun bir yuxarı liqaya vəsiqə qazanması bizim üçün daha böyük əhəmiyyət daşıyır. Çünki biz bununla Bundesliganın rəsmi üzvü olmaq hüququ daşıyaraq, Avstriyanın ən yüksək 2-ci liqasında mübarizə aparmaq şansı əldə edə bilərik. Bundesliga özündə Avstriya 1-ci və 2-ci ligalarını birləşdirir. Azərbaycanlılar tərəfindən yeni qurulan və qısa müddətdə sürətlə bu qədər irəliləyən "Karabakh" Vyananın Bundesligada mübarizə aparmasının nə qədər qürur verici bir uğur ola biləcəyini yəqin ki izah etməyə ehtiyac yoxdur.
- "Karabakh" Vyananın gücü, nəticələri Avstriya futbolunda necə qarşılanır....
- "Karabakh" Vyananın gücü gənc, innovativ və modern klub olmasıdır. Avstriyada klublar və futbolsevərlərin böyük bir hissəsi konservativdir. Bu önəmli faktor FC Karabakh Vyananın Avstriya cəmiyyətində qəbul edilməsində ilk dönəmdə böyük sədd kimi görünürdü. Təbii ki idarə heyəti olaraq biz bilirdik ki, Avstriyada xarici statusunda olan Azərbaycanlılar tərəfindən qurulan və yerli cəmiyyətdə "Azərbaycan klubu“ "Azərbaycanlıların klubu" kimi tanınan futbol klubunu cəmiyyətin futbolsevər kütləsi tez bir zamanda sevməyəcəkdi. Əksinə buna qarşı da çıxa bilərdi. Biz bu çətinliklərlə yola başlayaraq inandıq ki, əldə edəcəyimiz uğurlar və cəmiyyət həyatında pozitiv görəcəyimiz işlər "Karabakh" Vyana futbol klubunu müəyyən müddət sonra yerli cəmiyyətdə sevilən klublardan biri edəcəkdir. Bu inancımız və əzmkar fəaliyyətimiz bu gün bəhrəsini verir. Artıq yerli cəmiyyətdə futbolsevər kütlənin önəmli bir hissəsi klubumuzu uğurla yüksələn və inkişaf edən bir klub kimi tanıyır. Klubun oyununu izləməyə gələn tamaşaçıların sayı günü-gündən artır. Biz nəinki gözəl futbol nümayiş etdirməklə, nizam-intizamlı davranmaqla, həm də sosial layihələrlə çalışırıq ki yerli cəmiyyətdə klub olaraq adımız və fəaliyyətimiz hər zaman insanlarda pozitiv fikirlər oyatsın və dəstəklənilsin. Gənc Azərbaycanlılar olaraq hər zaman fərqindəyik ki, idarə heyəti olaraq fəaliyyətimiz və davranışlarımız Avstriya cəmiyyətində sadəcə bilvasitə "Karabakh" Vyana haqqında deyil, bilavasitə bizim vətəndaşı olduğumuz Azərbaycan və ölkəmizin insanları haqqında da fikir yaradacaqdır. Bu amil bizim üçün çox böyük məsuliyyətdir və biz bunu layiqincə daşımağa çalışırıq.
Fürsətdən istifadə edərək "Karabakh" Vyanaya Azərbaycanda dəstək olan azarkeşlərə təşəkkür edirəm. Sosial mediada bizə çoxlu sayda məktublar gəlir. Klubun formasını əldə etmək istəyən insanlar Bakıda rəsmi mağazamızın açılmasını istəyir.
- Yayda nəticədən asılı olaraq klubda islahatlar ola bilərmi?
- Əgər siz uzun müddətli inkişaf planı hazırlayıb və qarşınıza bunu həyata keçirmək üçün hədəf qoymusunuzsa, hədəfə çatana qədər daim islahatlar və dəyişikliklər gözləniləndir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:37
"Hapoel Beer-Şeva" "Sabah"la oyundan əvvəl darmadağın oldu VİDEO
-
11:03
"Ayaks"ın vingeri PSJ-yə keçdi
-
10:45
Salah debüt etdi, "Trabzonspor" büdrədi VİDEO
-
10:22
Millimizin üzvü Macarıstan qol hesabını açdı
-
10:04
"Fənərbaxça" mövsümə məğlubiyyətlə başladı VİDEO
-
09:51
Toral “Bursaspor”da növbəti oyuna çıxdı
-
09:30
"Sumqayıt" "Neftçi"yə, "Zirə" "Şəfa"ya qarşı
-
22:43
“Araz-Naxçıvan”dan heç-heçə, “Kəpəz” uduzdu
-
22:28
"Araz-Naxçıvan" - "İmişli" matçında qalib aşkarlanmadı VİDEO
-
22:11
Cavid Hüseynov: “Potensialımız bundan daha çoxdur”
-
21:45
Cenk Sümer: “Transferlərimiz “nöqtə atışlarıdır”
-
20:57
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
-
19:39
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
-
18:12
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
-
16:44
Farajdan vida sözləri: “Neftçi”yə hər zaman böyük hörmət və sevgi bəsləyəcəyəm”
-
14:00
Ferran Torres PSJ-yə keçdi
-
13:26
"Neftçi" amerikalı legioneri heyətinə qatdı
-
12:58
Romero rəsmən “Atletiko”da
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
11:15
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:41
Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
-
10:23
İtaliyalı futbolçu karyerasını başa vurdu
-
10:09
"Qalatasaray"dan uğursuz start VİDEO
-
09:52
Cəlal oynadı, komandası qalib gəldi
-
09:34
“Traktor” mövsümə qələbə ilə start verdi
-
23:25
"Turan Tovuz" 3 xalı tək qolla qazandı VİDEO
-
23:04
Kurban Berdıyevdən qələbə şərhi
-
22:51
Kaxaber Sxadadze: “Turan Tovuz”un ciddi qol epizodları olmadı”
-
22:13
“Səbail” Boludakı ilk oyununda qalib gəldi
-
21:36
İmad Faraj “Neftçi”dən getdi
-
21:28
"Turan Tovuz" mövsümə qələbə ilə başladı
-
20:09
Yeni mövsümün ilk qolu vuruldu
-
18:42
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
-
18:00
Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb
-
17:37
“Qarabağ”ın oyununun biletləri satışa çıxdı
-
17:15
"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilə imzalayıb
-
16:48
“Rapid” - “Harts” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
16:06
Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat alıb
-
15:23
“Qarabağ”ın “Tvente” ilə oyunlarının hakimləri açıqlandı
-
14:51
Murad Məmmədov “Pafos"da ilk qolunu şərh etdi
-
14:39
Azərbaycan gimnastı Fidan Qurbanlı dünya çempionatında çıxış edib
-
14:14
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub
-
14:00
“Fənərbaxça” braziliyalı legionerlə yollarını ayırdı
-
13:42
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
-
13:27
Milli üzvü "Neftçi"yə qayıtdı
-
12:55
Musa Qurbanlı: “Zamanla daha yaxşı olacaq”
-
12:38
"Gəncə" sabiq üzvü ilə güclənib
-
12:16
Markeviç: “Qarabağ”ın legionerlərinin fərdi ustalığı daha yüksək oldu”
-
11:41
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
16.08.2026
15.08.2026
14.08.2026
























