Xarici futbol
"Prosineçki bu gün Azərbaycan millisindən ayrılacaq"
Milimizin baş məşqçisi Robert Prosineçki bu gün yığmadan ayrılacaq.
Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu barədə xorvatiyalı mütəxəssisin "Kayserispor"da köməkçisi olduğu Alp Çağlar "Haber61"ə açıqlamasında deyib:
"Bir dönəm Prosineçki ilə “Bursaspor” ilinə 1,5 milyon avro olmaqla 2 illik anlaşma əldə etmişdi. Ancaq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) onu buraxmamışdı. Baş məşqçi istəsəydi, gedə bilərdi. Ancaq pis şəkildə ayrılmaq istəmədiyi üçün yığmadan getmədi. İndi isə müqaviləsinin müddəti bitir. Sabah (bu gün – red.) Bakıya gedəcək və millidən ayrılacaq. Yığmada çalışmaq istəmir, artıq işlərini düz-qoş edib, Azərbaycandan ayrılacaq”.
O bildirib ki, üç gün əvvəl İngiltərədə olan “Trabzonspor”un prezidenti Muharrem Usta Prosineçki üçün danışıqlara başlayıb: “Prezident İngiltərədə olan AFFA-nın səlahiyyətli nümayəndələrindən biri vasitəsilə məşqçi ilə əlaqə saxlamışdı. O, Prosineçkiyə “çərşənbə günü gəl, ertəsi gün məşqə çıx, həftəsonu da komandanı oyuna çıxar”, deyib. Baş məşqçi isə "heç vaxt tələsik iş görmərəm, üz-üzə görüşmək lazımdır. Bunlar telefonla danışılacaq məsələ deyil”, deyib və əsəbiləşib. Ardından bəzi menecerlər vasitəsilə də ona təklif göndəriblər”.
A. Çağlar "Trabzonspor"un ona zəng vurub, baş məşqçini razı salmağını istədiklərini söyləyib: "Mən də Prosineçki ilə əlaqə saxlayıb, yanlış anlaşma olduğunu dedim və onu razı saldım. O, mənə “bunlar peşəkar deyillər, həvəskar davranırlar. Telefonda pul söhbəti etməzlər. Vaxt versinlər, işlərimi həll edim, ətraflı şəkildə danışıq apararıq” dedi. Bu sözləri “Trabzonspor” rəhbərliyinə çatdırdım, onlar vaxt verəcəklərini bildirdilər. Oktyabrın 19-dək gözləyəcəklər. Bəzi “Trabzonspor” rəsmiləri “Prosineçki çox pul istədi, anlaşa bilmədik”, kimi açıqlamalar verirlər. Bu, doğru məlumat deyil, çünki pul məsələsi danışılmayıb".
A.Çağların sözlərinə görə, Prosineçkiyə bir çox millidən təklif gəlib: “Xorvatiya da daxil olmaqla, 5 millidən təklif alıb. Ancaq o, artıq yığma çalışdırmaq istəmir. “Kayserispor”dan pul almamış ayrılmışdı. Pulu problemə çevirən adam deyil. “Kayserispor”dan uğurlu olduğu vaxt niyə ayrıldığını söyləyim. 3 oyunçu transfer etmək istəmişdi. Amma Süleyman Hurma öz istədiklərini gətirdi, bəzilərini də göndərdi. Ardından toplanış yerini dəyişdi. Prosineçki iki dəfə istefa verdi. Bələdiyyə sədri araya girərək, onu fikrindən daşındırmışdı. Ancaq Hurmanın xasiyyəti dəyişmədiyi üçün komandadan ayrıldı. Ardından “Beşiktaş”a keçməyə çox yaxın olsa da, Ahmet Özen buna mane olmuşdu”.
A.Çağlar Prosineçkinin danışıqları menecerlər vasitəsilə aparmağı xoşlamığını bildirib: "O, rəsmilərlə üz-üzə görüşməyi sevir. Hazırda “Trabzonspor”u gözləyir. Ancaq klubun bəzi nümayəndələri gözlənilmədən fikir dəyişiblər. O da buna əsəbləşib”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
05.11.2026
04.11.2026
03.11.2026
























