25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Xarici futbol

Bentu: "Bakıdakı oyunda bu səhvləri təkrarlaya bilmərik"

 

"Komandamız erkən qola düzgün reaksiya vermədi. Biz oyunun tempini aşağı saldıq və müdafiədə kifayət qədər aqressiv çıxış etmədik ki, bu da iki qol buraxmağımıza səbəb oldu". Futbolxeber.az xəbər verir ki, bu sözləri İsraillə oyundan sonra (3:3) Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu deyib.

P.Bentu Bakıda millimizə qarşı keçirəcəkləri oyunun çətin keçəcəyini bildirib: "Komandamız bu gün qələbə qazanmaq üçün kifayət qədər təhlükəli epizod yaratmağı bacardı. Amma həmin şanslardan faydalana bilmədik. Bizdən fərqli olaraq, İsrail əlinə düşən imkanlardan yararlandı. Bu, psixologiyadan irəli gəlir. Mən futbolçularla bu haqda danışmışdım.

Biz bu heç-heçədən dərs çıxarmalıyıq. Oyunçularım növbəti oyuna kimi bərpa olunmalıdırlar. Tezliklə bizi daha bir çətin oyun gözləyir. Həmin görüşdə bugünkü səhvləri təkrarlaya bilmərik. Bu, çox çətin oyun olacaq və biz taktiki cəhətdən müəyyən dəyişikliklər etməliyik".

Xatırladaq ki, Portuqaliya millisi növbəti oyununu martın 26-da Bakıda millimizə qarşı keçirəcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31