7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Xarici futbol

“Milan”ın canlı əfsanəsi 55 yaşını qeyd edir

Dünya futbolunun canlı əfsanəsi Franko Barezinin bu gün 55 yaşı tamam olur. Futbolxeber.az-ın məlumatına görə, veteran futbolçu 1960-cı ilin 8 mayında Breşiyada anadan olub.

12 yaşında “Milan”a üz tutan Barezi, 5 il aşağı yaş qrupu üzrə komandalarda forma geydikdən sonra 1977-ci ildə “qırmızı-qaralar”ın əsas heyətində debüt edib. 1997-ci ilə kimi komandasına sadiq qalan Barezi, “Milan”ın heyətində keçirdiyi 532 oyunda 16 qol vurub. 1982-1994-cü illərdə isə İtaliya millisinin heyətində 82 görüşdə meydana çıxıb və 2 dəfə fərqlənib.

Barezi 6 dəfə “Milan”ın heyətində Skudettonu, 4 dəfə İtaliya Superkubokunu, 3 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA kubokunu, 2 dəfə Qitələrarası kubokunu, 2 dəfə də İtaliya kubokunu qazanıb. 1982-ci ildə “Skuadra Adzurra” ilə birgə dünya çempionluğunun sevincini yaşayan əfsanə, 1990-cı ildə mundialın bürünc, 4 il sonra isə gümüş medalına sahib çıxıb.

1989-cu ildə “Qızıl top”a sahib çıxan Barezi, 2002-2008-ci illər aralığında “Milan”ın aşağı yaş qrupu üzrə komandalarında məşqçi kimi çalışıb.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31