9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Xarici futbol

Fabio Kapello 10 gündən sonra istefa verəcək

Nikolay Tolstıx Rusiya Futbol İttifaqının (RFİ) prezidenti postunda qalsa, Fabio Kapello oktyabrın 13-də istefa verəcək. Futbolxeber.az-ın məlumatına görə, bu haqda “Dojd” telekanalı xəbər yayıb. Məlumatda qeyd olunur ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Rusiya yığmasının oktyabrın 9-da İsveçə, 12-də isə Moldovaya qarşı keçirəcəyi oyunlarda Kapello iş başında olacaq. Lakin bundan sonra o, Rusiya Futbol İttifaqının qərarını gözləyəcək. Kapello RFİ qarşısında şərt qoyub: Tolstıx vəzifəsini davam etdirsə, o, daha komandanı çalışdırmayacaq. Kapellonu məvacibinin gecikdirilməsi qane etmir.

Artıq Rusiya Federasiyasının İdman Naziri Vitali Mutko məsələdən xəbərdardı. Tolstıxın işi Mutkonu da qane etmir. Hətta qeyri-rəsmi məlumatlara görə, bir müddət əvvəl Tolstıx Mutkoya könüllü şəkildə istefa verəcəyini bəyan etsə də, sonradan fikrini dəyişib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31