9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Xarici futbol

“Qəbələ”nin sabiq futbolçusu klub rəhbərləyini məhkəməlik edir

“Sportinq”in prezidenti Brunu de Karvalyo klubun üzvü Marat İzmaylovla ikinci dəfə müqavilə imzalamasından narazıdır. Futbolxeber.az-ın məlumatına görə, bu səbəbdən Karvalyo komandadaxili toplantıda əvvəlki klub rəhbərliyinin məhkəməyə verilməsini təklif edib.

Həmin sözləşməyə görə, “Sportinq”in sabiq prezidenti Qodinyu Lopes, vitse-prezident Luiş Duke, direktorlar şurasının üzvü Nobre Quedeş və idman direktoru Karluş Freytaş ədalət qarşısında cavab verə bilər.

Lissabon klubunun indiki rəhbərliyi hesab edir ki, 2011-ci ildə İzmaylovla imzalanan müqavilə kluba maddi baxımdan ciddi ziyan vurub. Çünki həmin vaxt sözləşmənin başa çatmasına hələ 2 il qalırdı. Müqaviləni daha sonra da uzatmaq olardı. Həmçinin İzmaylovun məvacibinin ildən ilə artırılması da rəhbərliyi qane etmir.

Xatırladaq ki, ötən mövsüm icarə əsasında “Qəbələ”də çıxış edən İzmaylov, indi də eyni statusla “Krasnodar”da forma geyir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31