Basketbol
Millimiz İsfahandan 3-lə qayıtdı

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal” layihəsi çərçivəsində yazılarını davam etdirir. Layihəmizin bu dəfəki yazısı İranda keçirilən “4 Top Nations” turnirinə həsr olunub.
Dekabrın 2-dən 7-dək futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində təşkil olunan “4 Top Nations” ənənəvi beynəlxaq turnirdə iştirak edib. Yığmamızla bərabər, yarışda meydan sahibi İran, Qazaxıstan və Rusiya milliləri mübarizə aparıb.
Azərbaycan yığması turnirdəki ilk görüşünü dekabr 3-də İrana qarşı keçirib. Ertəsi günü millimiz Rusiya ilə üz-üzə gəlib. Turnirdəki son matçında isə Joze Alesionun komandası Qazaxıstanla görüşüb.
YENƏ İRAN, YENƏ 3:3
İsfahanda təşkil olunan “4 Top Nations” turnirindəki ilk matçında millimiz meydan sahibləri ilə üz-üzə gəlirdi. Bu komandalar sonuncu dəfə ötən il dünya çempionatında qarşılaşmışdılar. Həmin vaxt qrup mərhələsinin son turu öncəsi millimiz nisbi üstünlüyə malik idi. Belə ki, son matçda yığmamıza İranla görüşdə heç-heçə də sərf edirdi. Bu halda millimiz qrupda ikinci yeri tutaraq 1/8 finala qrup ikincisi kimi adlayacaq, 1/8 finalda da Tayland yığması ilə üz-üzə gələcəkdi. İran isə millimizlə matçda mütləq qələbə qaanmalıydı. Əks halda qrup üçüncüsü olacaq asiyalılar 1/8 finalda güclü Braziliya yığmasına rəqib olacaqdı. Kolumbiyada baş tutan matç 3:3 hesabı ilə başa çatmışdı. Lakin gələcək göstərdi ki, qrup ikincisi olan millimiz mübarizəni 1/4 finalda dayandırdığı halda, iranlılar 1/8 finalda sensasiyaya imza ataraq Braziliyanı mübarizədən kənarlaşdırdılar.
Budəfəki matç turnirin açılış oyunu idi. Odur ki hər hansı heç-heçənin sərf etməsindən söhbət gedə bilməzdi. Nəqşi Cahan İdman Kompleksində baş tutan matça keçməzdən əvvəl bir məqamı da qeyd edək ki, zalın örtüyü terafleks idi və bu məqam meydan sahibi istisna olmaqla, turnirin digər iştirakçılarının işinə yaramırdı. Çünki əksər komandalar məhz parket döşəmədə oynamağa öyrəşiblər.
Matça fəal başlayan millimiz çox keçmədən hesabı açdı. Hakimin start fitindən 93 saniyə sonra Bastos millimizi hesabla önə keçirdi. Ancaq yığmamızın qol sevinci çox çəkmədi. Müdafiədə buraxılan səhvlər rəqibin 50 saniyə ərzində 2 dəfə fərqlənməsinə gətirib çıxardı. Hesabda geri düşdükdən sonra millimiz oyuna nəzarəti yenidən ələ aldı. Əvvəlcə yığmamızın kapitanı Rizvan Fərzəliyev hesabı bərabərləşdirə bilərdi. Gəl ki, o, Edurardonun ötürməsini qol çevirə bilmədi. Dəqiqələr keçdikcə hər iki tərəf hücuma daha çox meyil edirdi. Bu da həm oyunun tempinin yüksək qalmasına kömək edirdi, həm də arenaya toplaşan tamaşaçıların baxımlı oyuna şahidlik etmələrinə gətirirb çıxarırdı. Nəhayət 16-cı dəqiqədə Azərbaycan yığması istəyinə çatdı. Bastos kimi millimizin debütantı olan Karvalho rəqib qapıçını da geridə qoyub fərqləndi. İlk hissənin qalan dəqiqələrində tərəflər hərəyə 1 dəfə qola yaxın oldular. Lakin yığmamızın heyətində Kardosanın zərbəsini iranlı qqapıçı dəf etməyi bacardı. Rəqibin heyətində Əlighadinin fərqlənməsinə isə azacıq dəqiqlik çatmadı.
İkinci hissəyə İran yığması aktiv başladı. Əvvəlcə Esmaielpour komandasının üçüncü qolunu vurmağa yaxın olsa da, millimizi bəxti gətirdi və top dirəyə dəyib geri qayıtdı. Daha sonra isə Tayebinin sevinməsinə millimizin qapıçısı Röcşən Hüseynli mane oldu. Bununla belə, İran millisi üçüncü qolu vurmağa müvəffəq oldu. 27-ci dəqiqənin tamamından az sonra Şajari İran millisini ikinci dəfə hesabda önə keçirdi.
Dəqiqələr keçdikcə millimiz heç cür rəqib qapısına qol vurmağa nail ola bilmirdi. Thiaqo bir epizodda status-kvonu bərpa etməyə yaxın olsa da, şansından lazıminca yararlana bilmədi. Amma braziliyalının səyləri sona yaxın bəhrəsini verdi. Matçın bitməsinə 73 saniyə qalmış Thiaqo fərqlənməklə həm də matçın yekun nəticəsini müəyyənləşdirdi. Beləcə, 14 ay əvvəl olduğu kimi Azərbaycan - İran matçı yenə də 3:3 hesabı ilə başa çatdı.
Maraqlıdır ki, ilk turun digər görüşü Rusiya - Qazaxıstan matçı da 3:3 hesabı ilə başa çatıb. Bu isə o deməkdir ki, ilk turdan sonra komandaların hər biri eyni şansa malikdirlər.
“RUSİYA SİNDROMU” DAVAM EDİR
İkinci sınağında millimiz Rusiya ilə üz-üzə gəlirdi. Şimal qonşumuz daim futzalda yığmamız üçün problemli rəqib sayılıb. İstər dünya çempionatının seçmə mərhələ oyunu olsun, istər Avropa birinciliyi - bütün hallarda ruslar Azərbaycan yığması üçün keçilməz olublar. İlk turda hər iki tərəf 3:3-lük heç-heçə ilə kifayətlənmişdi. Odur ki, millimizin bu dəfə uğursuz sindroma son qoyacağına ümid böyük idi. Lakin rəqibin zəif olmadığını deməyə belə ehtiyac yoxdur. Rusiya millisinin son Avropa və dünya çempionatında final oynaması rəqibin gücündən xəbər verir.
Esmail Kamarbasteh, Mohammadli Tarahhomi və Reza Vosughinin idarə etdiyi Rusiya - Azərbaycan görüşündə millimizin baş məşqçisi Joze Alesio ilk oyunla müqayisədə “5-lik”də heç bir dəyişiklik etməmişdi. Matça millimiz sönük başladı. Bu səbəbdən də ilk dəqiqələrdən üstünlüyü ələ alan ruslar qapımıza doğru həmlələr edirdilər. Amma yığmamız müdafiədə sayıqlığı əldən vermirdi. Bu səbəbdən də ərazi üstünülüyünə və topa daha çox yiyələnən ruslar qapımız qarşısında real qol epizodu yarada bilmirdilər. İlk 10 dəqiqədə Rusiya yalnız 1 epizodda hesabı aça bilərdi ki, onda da Andrey Batirevin zərbəsini Rövşən Hüseynli əvvəlcə geri qaytardı, daha sonra isə tirə dəyən top meydanı tərk etdi. Əvəzində millimiz əks-hücumda rəqibi yaxalamağ çalışırdı. Bir epizodda Edurado, digərində isə Karvalho rəqibə həyəcan yaşatdı.
Millimiz Rusiya yığması qarşısında 15 dəqiqə duruş gətirə bilmədi. İlk yarının bitməsinə 5 dəqiqə 38 saniyə qalmış Milanov yığmamızı məyus etdi. Çox keçmədən ruslar yenidən Azərbaycan millisini meydanın mərkəzinə dəvət etdilər. Bu dəfə Liskov adını tabloya yazdırdı. Fasiləyə qədər heç olmasa fərqi minimuma endirmək üçün irəli atılan yığmamız əvvəlcə Kardosa, daha sonra isə Karvalhonun sayəsində rəqibə həyəcan yaşatsa da, tablodakı rəqəmləri dəyişmək mümkün olmadı.
İlk hissənin sonunda göstərdiyi inamlı oyunu Alesionun komandası fasilədən sonra da davam etdirdi. Bunun da nəticəsində 23-cü dəqiqədə Evertonun sayəsində hesab arasındakı fərqi minimuma endirdi. Həmin günü ad günü qeyd edən braziliyalı futzalçı fərqlənməklə özünə ad günü hədiyyəsi etdi. Qoldan dərhal sonra ruslar yenidən fərqi iki topa çatdırmağa yaxın olsalar da, Afranasyevin zərbəsi dirəyə tuş gəldi. Eyni aqibətlə millimizin üzvü Qabriel də üzləşdi. O, hesabı bərabərləşdirməyə yaxın olsa da, qapı dirəyi yığmamızın sevinməsinə mane oldu. Amma az sonra nəhayət ki, tablodakı rəqəmlər eyniləşdi. Bu dəfə Karvalho rusların qapısına yol tapdı.
Hesab bərabərləşdikdən sonra meydanda tərəflər arasında gərginlik yaşandı. Nəticədə millimizin heyətində Everton Kardosa, rəqibdən isə Andrey Afranasyev qırmızı vərəqə alaraq meydandan qovuldu.
Dəqiqələr irəlilədikcə meydanda mübarizə daha da gərginləşdirdi. Millimizin baş məşqçisi Joze Alesio üstünülüyü tam ələ almaq üçün qapıçını meydan oyunçusu ilə əvəzlədi. Lakin bu taktiki gediş özünü doğrultmadı. Əvəzində arxa xətdəki səhvədən yararlanan ruslar yenidən önə keçdilər. Liskov dublunu rəsmiləşdirdi. Millimiz bu dəfə status-kvonu çox tez bərpa edə bilərdi. Gəl ki, Karvalho dubl etmək şansını boşa verdi. Vurmayana vurarlar prinsipi bu dəfə də özünü göstərdi. Millimiz hesabı bəraləşdirməyə çalışdığı bir vaxtda ruslar Niyazovun sayəsində görüşün taleyini həll etdilər. Qalan 4 dəqiqə ərzində Azərbaycan yığmasının 2 top fərqini aradan qaldıracağı inandırıcı deyildi. Millimizin gücü yalnız 1 topa çatdı. Matçın bitiminə 50 saniyə qalmış Vassoura görüşün yekun nəticəsini müəyyənləşdirdi. Beləcə, yığmamız İranda da Rusiya millisi ilə bacarmadı. Halbuki bu dəfə rusları üstələyəcəyimizə inam daha çox idi. Çünki rəqib İsfahana optimal heyətlə gəlməmişdi. Amma bu dəfə də alınmadı.
ÜÇLƏRİN GƏTİRDİYİ ÜÇÜNCÜLÜK
1 günlük fasilənin ardından Azərbaycan yığması İsfahandakı son görüşündə Qazaxıstan millisi ilə üz-üzə gəlirdi. Bu matça qədər hər iki komanda turnirin qalibi olmaq şansını itirmişdi. Azərbaycan yığması ən yaxşı halda turniri ikinci pillədə başa vura bilərdi. Bunun üçün isə əvvəlcə millimiz Qazaxıstanı məğlub etməli, daha sonra isə Rusiyanın İran üzərində qələbəsini arzulamalıydı.
Qazaxıstanda isə vəziyyət fərqli idi. Asiyalıların ikinci yeri tutması daha çətin görünürdü. Belə ki, Kakaunun komandası həm millimizi ən azı 3 top fərqi ilə üstələməliydi, həm də İranın Rusiyanı məğlub etməsini gözləməliydi.
Matça qazaxlar yaxşı başladılar. Yığmamız taktikasını rəqibə uyğun qurmuşdu. Nisbətən geri çəkilən komandamız qazaxları əks hücumda tutmağa çalışırdı. Alesionun taktikası özünü doğrultdu. Əvvəlcə Vassauro hesabı açdı. 3 dəqiqə sonra isə braziliyalı dublunu rəsmiləşdirdi. Bu həm də ilk yarının nəticəsi idi. Millimiz ilk dəfə olaraq turnirdə fasiləyə hesabda üstün yollandı.
İkinci hissəyə yenə Qazaxıstan futzalçıları fəal başladı. Rəqib bu üstünlüüyün 25-ci dəqiqədə qol çevirə bildi. Taku fərqi azaltdi. Hesabın dəyişməsi qazaxları daha da ümidləndirdi. Düzdür, millimiz də boş dayanmır, rəqib qapısına doğru təhlükəli hücumlar qururdu. Bunun da nəticəsində Karvalho millimizin üçüncü qolunu vurmasına yaxın olsa da, onun güclü zərbəsini rəqib qapıçı dəf edə bildi.
Dəqiqələr keçdikcə millimizdə yoğrunluq özünü göstərirdi. Rizvan Fərzəliyevin ötürməsi ünvanına çatmadı və topu ələ keçirən Rose Leonardo status-kvonu bərpa etdi. Təzyiqi daha da artıran qazaxlar üçüncü qolu vurmaqla geridönüş etdilər. Taku dublunu rəsmiləşdirdi. Hesabda geri düşən millimiz sona yaxın bütün gücünü toplayıb irəli atıldı. Komandamızın əzmkarlığı sona 1 dəqiqə qalmış bəhrəsini verdi. Karvalho dos Santos fərqlənməklə görüşün yekun nəticəsini müəyyənləşdirdi - 3:3.
Beləcə, millimiz ilk görüşdə olduğu kimi sonuncu matçından da 3:3-lük bərabərliyə nail oldu. Turnirdə keçirdiyi hər 3 oyunda 3 qol vuran Azərbaycan millisi 2 xalla turnirin üçüncüsü oldu.
Turnirdəki son matçda İran yığması Rusiyanı 4:0 hesabı ilə darmadağın etməklə qalib oldu.
Növbəti yazıda millimizin İsfahandakı çıxışına daha çox qiymət verəcəyik. Odur ki, bu yazıda qısaca onu qeyd edək ki, Azərbaycan millisi İranda qələbə qazana bilməsə dıə, komandamızın çətin sınaqdan üzüağ çıxdığını söyləmək olar. Millimiz güclü rəqiblərlə oyunlarda başa baş mübarizə apardı. Avropa çempionatı öncəsi göstərilən belə oyun gələcəyə inamla baxmağa ümid verir.
“Layihə AFFA yanında Media komitəsi tərəfindən maliyələşdirilir”

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir - EKSKLÜZİV
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Firuz Abdulla: “Ümidvarıq ki, turnir cədvəlində əlifba sırası “Səbail”in “S”-i ilə pozulacaq”
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- "Neftçi" Ozobiçlə yollarını ayırdı
- “Sabah”dan ayrılan İrasabal sabiq “Neftçi”linin yanına yollandı
- “Neftçi” hazırlığa start verdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Andrade “Neftçi”yə keçməyəcək
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
-
17:52
"Zirə" onunla yollarını ayırdı
-
17:17
Bakıda ACF Kuboku keçiriləcək
-
16:53
ÇL: Azərbaycan çempionunun rəqibi bilindi
-
16:36
Freddi Varqas rəsmən “Neftçi”də
-
16:21
UEFA 9 klubumuza ödəniş etdi
-
16:08
Polşa klubunun rəsmisi: "Renat Dadaşov komandamızın profilinə uyğun futbolçudur"
-
15:49
Azərbaycan klublarının Avropa Kubokundakı rəqibləri müəyyənləşib
-
14:35
Dadaşovun yeni klubu bəlli oldu
-
14:14
Azərbaycan hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar
-
13:42
“Zirə” - “Hayduk” oyununun biletləri bu gündən satışa çıxarılır
-
13:27
Toral Bayramov: “ÇL-ə tam hazır olmaq üçün bütün gücümüzlə hazırlaşırıq”
-
13:03
Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib
-
12:51
Azərbaycanı EYOF-da 9 atlet təmsil edəcək
-
11:36
III MDB oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib
-
10:48
"Zirə" Türkiyədə növbəti yoxlama oyununa çıxacaq
-
10:29
"Araz-Naxçıvan"ın rəqibi “Sassuolo” və “Espanyol”un futbolçuları ilə güclənib
-
10:15
"Qarabağ"ın Avstriyada son sınağı
-
09:54
İngiltərə millisinin sabiq hücumçusu 6-cı liqa klubunda
-
09:30
Millimizin üzvü “Fənərbaxça”a ilə müqavilə imzaladı
-
21:52
Elmar Baxşıyev: “Komandamdan narazı qalmadım”
-
20:44
“Araz-Naxçıvan” məğlub oldu
-
19:59
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
-
17:23
Azərbaycanın ağırlıqqaldıranı Gürcüstanda bürünc medal qazanıb
-
16:35
"Sumqayıt" yarımmüdafiəçisi ilə vidalaşıb
-
16:16
“Kəpəz” “Karvan”la yoxlama matçı keçirəcək
-
16:03
“Neftçi” onunla müqaviləyə xitam verildiyini açıqladı
-
15:51
“Qarabağ” İsveçdəki ilk oyununda qələbə qazandı
-
14:48
“Qarabağ”dan göndərilən futbolçu Almaniya klubunda
-
14:22
Cica "Qarabağ"la vidalaşdı: “Bu klubun bir parçası olmaq çox xoş idi”
-
13:57
Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək badmintonçularımız müəyyənləşib
-
13:39
“Səbail”in daha bir futbolçusu rəsmən Qırğızıstan klubunda
-
13:00
“Neftçi”nin Polşada qarşılaşacağı daha iki rəqib müəyyənləşdi
-
12:45
4 boksçumuz Avropa birinciliyində finala yüksəlib
-
12:18
Azərbaycanın stolüstü tennisçiləri Universiadada mübarizə aparacaqlar
-
11:56
Gimnastlarımız Portuqaliyada medallar qazanıblar
-
11:31
"Turan Tovuz" Türkiyə klubu ilə üz-üzə gələcək
-
09:54
Azərbaycan boksçusu Portuqaliyada qızıl medal qazanıb
-
09:37
"Çelsi" dünya çempionu oldu VİDEO
-
09:12
“Neftçi”dən getdiyini açıqladı
-
13:39
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
-
11:45
"Zirə"nin rəqibindən ardıcıl üçüncü qələbə
-
11:13
Orkun Kökçü "Beşiktaş"da
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray"dan 5 qollu qələbə VİDEO
-
19:49
"Zirə" İordaniya klubuna qalib gəldi
-
18:36
"İmişli"də yeni müqavilə
-
16:28
"Karvan" braziliyalı futbolçu transfer etdi
-
15:17
“Kəpəz” Ehtiram Şahverdi”evlə müqaviləni yenilədi
-
13:51
“Qəbələ” növbəti transferini reallaşdırdı
-
12:43
“Turan Tovuz” - “Traktor” oyununun tarixi açıqlandı
15.07.2025
14.07.2025
13.07.2025
12.07.2025













