22 Oktyabr 2026, Cümə axşamı
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Digər idman növləri

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb

“Dəniz Mall” ticarət mərkəzində oktyabr ayında Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb.

Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, fan zonalarda uşaqlar və böyüklər üçün müxtəlif interaktiv oyunlar, cüdo kvizi, pazl yarışları, eləcə də foto və selfi guşələri təşkil olunub. Fəaliyyətlərdə iştirak edən ziyarətçilər müxtəlif hədiyyələr qazanır və onlara xüsusi hazırlanmış rəmzi cüdo pasportu təqdim edilir. Burada Azərbaycanın cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədovun cüdoqisi də nümayiş olunur.

Proqram çərçivəsində tanınmış cüdoçuların azarkeşlərlə görüşləri və imza mərasimləri də keçirilir. Analoji fan zonalar “Crescent Mall”, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində də fəaliyyət göstərəcək.

Qeyd edək ki, böyüklər arasında dünya çempionatı 4-11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31