22 Oktyabr 2026, Cümə axşamı
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Digər idman növləri

Güləşçilərimiz "Xadartsev qardaşlarının kuboku"nda 8 medal qazanıblar

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində "Xadartsev qardaşlarının kuboku" yarışında uğurla çıxış ediblər.

Futbolxeber.az saytına Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan yarışda 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.

Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi turnirə iştirak edən yığmamızın 8 üzvü fəxri kürsüyə qalxıb.

Zirəddin Bayramov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) birinci yeri tutub. Osman Nurmaqomedovla (92 kq) Xetaq Karsanov (125 kq) ikinci, Cəbrayıl Hacıyev (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Muxamad Qantemirov (125 kq) isə üçüncü yerlə kifayətlənib.

Beləliklə, millimiz memorialı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31