23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Digər idman növləri

Hacı Əliyev: “Dünya çempionatında hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”

“Dünya çempionatında yüksək rəqabət olur. Ona görə proqnoz vermək çətindir. Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin böyük məşqçisi Hacı Əliyev Bakıda bu yaş kateqoriyası üzrə keçiriləcək dünya çempionatı barədə federasiyanın saytına açıqlamasında deyib.

O, komandanın məsul yarışa hazırlığını dəyərləndirib: “Komandamız indiyədək çoxlu təlim-məşq toplanışı keçib. Bura həm fiziki, həm də taktiki-texniki çalışmalar daxildir. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalib və mükafatçıları yer alıblar. Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram. Düzdür, bir neçə güləşçimizdə yüngül zədələr var. Bunun güləşçilərimizin qarşısını alacağını düşünmürəm”.

Xatırladaq ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31