23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Digər idman növləri

Şahmat millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib

Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşan qadın şahmatçılardan ibarət Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, hazırlığa komandanın kapitanı Nicat Abasov və məşqçi Qədir Hüseynov rəhbərlik edib.

Təlim-məşq toplanışından sonra milli komandanın üzvləri AŞF rəhbərliyi ilə görüşüb. Qurumun prezidenti Mahir Məmmədov olimpiadaya hazırlıq proqramı və şahmatçıların mötəbər yarışa qədər hansı turnirlərdə iştirak edəcəyi ilə maraqlanıb.

Qeyd edək ki, qadın şahmatçılardan ibarət milli komandaya Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova dəvət olunub.

Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31