23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Digər idman növləri

Sərbəst güləş millimiz iki rekordu yeniləyib

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub. Ermənistan (118) isə üçüncü pillədə qərarlaşıb.

Millimiz bu nəticə ilə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl, Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31