6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Digər idman növləri

Cüdo milliniz Polşada təlim-məşq toplanışında iştirak edib

Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət millisi Polşanın Bielsko-Biala şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edib.

Futbolxeber.az saytına bu barədə Cüdo Federasiyasından bildirilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan hazırlıq prosesində cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.

Qeyd edək 18-20 mayda keçirilən təlim-məşq toplanışı yeniyetmələr arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31