21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Digər idman növləri

“Yaxın illərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm”

“Milli komandada abu-hava çox yaxşıdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov Avropa Liqasına hazırlıq barədə jurnalistlərə açıqlamasında deyib.

O, yığmanın mayın 4-dən hazırlıqlara başladığını xatırladıb: "Fiziki hazırlıq üzərində çalışırıq. Milliyə 17 voleybolçu dəvət olunub. Onlardan 4-ü gənc oyunçulardır. Bakıda keçirilən məşqlərdən sonra hazırlığımızı Belarusda davam etdirəcəyik. Orada da təlim-məşq toplanışımız olacaq. Daha sonra isə İsveçdə məşqlərə başlayacağıq”.

Mütəxəssis milli komandanın yaxın illərdə yaxşı nəticələr qazanacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasına iyunun 6-da İsveçdə start verəcək. Komanda ilk mərhələdə Yunanıstan və ev sahibi komanda ilə qarşılaşacaq. Növbəti mərhələdə Rumıniya və İspaniya ilə oyunlar keçiriləcək. Azərbaycanda təşkil olunacaq mərhələdə isə millimiz Macarıstan və Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30