21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Digər idman növləri

Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında qarşılıqlı əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsovanın imzaladığı trateji sənəd iki qardaş ölkənin idmançıları, məşqçiləri və hakimləri üçün yeni imkanlara yol açacaq.

Memorandumun əsas mahiyyəti və istiqamətləri peşəkar idmançıların hazırlanması, müasir elmi metodların praktikada tətbiqi və idmançıların təcrübə mübadiləsinin təşkili, idman araşdırması və təcrübəsi, iki ölkənin məşqçiləri və hakimləri arasında qarşılıqlı təlim proqramlarının yaradılması, birgə yarışlar, milli komandalar arasında yoldaşlıq oyunları, birgə təlim-məşq toplanışları, idman təbabəti və antidopinq, tibb və dopinqlə mübarizə sahəsində təcrübə mübadiləsi, ixtisaslaşmış xəstəxanalara və idman mərkəzlərinə səfərlərin təşkili, idman investisiyası və turizm, birgə idman tədbirləri vasitəsilə hər iki ölkədə idman turizminin inkişafı sahəsində əməkdaşlıqdır.

Bildirilib ki, bu əməkdaşlıq növbəti illərdə hər iki ölkə idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına xidmət edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30