6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Digər idman növləri

Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq turnirə qatılıblar

Azərbaycanın stolüstü tennisçiləri Özbəkistanda keçirilən daha bir beynəlxalq yarışa qatılıblar.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Daşkənddə təşkil olunan "WTT Youth Contender" turnirində bir gümüş, iki bürünc mükafat qazanan komandanın növbəti sınağı Andijan şəhərində olacaq. Burada Özbəkistanın məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr edilən turnirdə 10 idmançımız bacarığını göstərəcək.

Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupu üzrə keçirilən yarışda mübarizə aparacaqlar.

Beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31