25 Iyun 2026, Cümə axşamı
Rövlan "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətov “Səbail”də
“Neftçi”dən üçüncü transfer
"Zirə" Tavareş Vieranı transfer etdi

Digər idman növləri

Ölkə çempionatının qalibləri müəyyənləşib

Sumqayıtda 2014-cü il təvəllüdlü və daha azyaşlı idmançılar arasında keçirilən stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşib.
 
Futbolxeber.az saytına Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər.
 
100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutublar.
 
Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olublar.
 
Fərqlənən idmançılara Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim edilib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30