8 Oktyabr 2026, Cümə axşamı
“Şahdağ Qusar”dan darmadağın
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi

Digər idman növləri

AVF rəsmiləri Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi görüşə qatılıblar

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqda yerləşən qərargahında təşkil olunan görüşə qatılıblar.
 
Futbolxeber.az saytına AVF-nin mətbuat xidmətindən verilən məlumata görə, 2026-cı ildə qadın voleybolçuların Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin nümayəndələri ilə görüş keçirilib.
 
Tədbirdə çempionata birgə ev sahibliyi edəcək dörd ölkənin (Azərbaycan, Türkiyə, Çexiya, İsveç) və CEV-in nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycanı ACF-nin baş katibi Faiq Orucov və İdarə heyətinin üzvü Elqar Bağırov təmsil ediblər.
 
Çempionata hazırlıq çərçivəsində baş tutan ilk toplantıda yarışın təşkili ilə bağlı müzakirələr aparılıb. Əsasən rəqabət, logistika, oyunların keçiriləcəyi məkanların ziyarəti, media və rəqəmsal fəaliyyətlər, marketinq və tanıtım, brendinq və digər məsələlərə toxunulub.
 
Qeyd edək ki, 2026-cı ildə baş tutacaq yarış dörd ölkənin birgə ev sahibliyi ilə keçirilən dördüncü çempionat olacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31