5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək

Noyabrın 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində akrobatika üzrə ölkə çempionatı və Bakı birinciliyi, bir gün sonra isə aerobika gimnastikası üzrə ölkə çempionatı, Bakı çempionatı və paytaxt birinciliyi keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, akrobatika gimnastikası üzrə XXIX ölkə çempionatında Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən ümumilikdə 73 idmançı çıxış edəcək.
 
Üç günlük yarışlarda qadın cütlükləri, kişi cütlükləri, qarışıq cütlüklər, qadın qrupları və kişi qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
 
Noyabrın 8-də 8-ci dəfə startı veriləcək aerobika gimnastikası üzrə yarışda isə “Ocaq Sport” klubu və Sumqayıt Olimpiya İdman Kompleksindən 76 gimnast medallar uğrunda mübarizə aparacaq.
 
İdmançılar uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarına uyğun olaraq fərdi və üçlük proqramda çıxış edəcəklər.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31