25 May 2026, Bazar ertəsi
Zakaria Savon rəsmən “Qarabağ”da
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı

Digər idman növləri

Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda litvalı Anna Tielieginadan da güclü olan (9:5) Məmmədova adını finala yazdırıb. Ruzanna həlledici görüşdə rusiyalı Yelena Kurovaya qalib gələrək Avropa çempionu olub.

Digər təmsilçilərimizdən Elvina Kərimzadə (50 kq) və Nərgiz Səmədova (55 kq) isə yarışı mükafatsız başa vurub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31