28 Oktyabr 2026, Çərşənbə
Millimiz Çiliyə məğlub oldu
“Qarabağ” Abbasla vidalaşdı
“Qarabağ” “Dinamo” ilə üz-üzə
Yeton Bekiri qələbəni şərh etdi

Digər idman növləri

"BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib

Rusiyanın Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, tədbirdə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Rusiyanın idman naziri Mixail Deqtyaryov çıxış ediblər.
 
Rusiyanın inkişaf tarixini əks etdirən videonun nümayişindən sonra iştirakçı ölkələrin bayraqları hər bir ölkənin bayraqdarları tərəfindən səhnədə nümayiş olunub. Azərbaycan bayrağını avarçəkmə üzrə “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident Kuboku 2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyıb.
 
Ardınca Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videomüraciətlə iştirakçılara uğurlar arzulayıb və yarışı açıq elan edib.
 
90-dək ölkədən 3000-dək idmançının mübarizə aparacağı oyunlara daxil olan növlərin təqlid olunduğu rəqslər nümayiş olunub.
 
Sonda idmançılar, hakimlər adından andiçmə olub və tədbir konsert proqramı ilə davam edib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31