Digər idman növləri
Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi müzakirə edilib
Dünya Hərbi İdman Şurasının (CİSM) Balkan, Qaradəniz və Qafqaz ölkələri üzrə idman əlaqələndiricisi Nevzat Varol Milli Olimpiya Komitəsində olub.
Futbolxeber.az saytına MOK-dan verilən məlumata görə, görüş zamanı Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi etməsi məsələsi müzakirə edilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun MOK-un beynəlxalq idman əlaqələrindən danışıb. O, bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu deyib.
Bakıya səfərindən məmnunluğunu bildirən Nevzat Varol Azərbaycanda idmanın inkişafının beynəlxalq aləmə də səs saldığını bildirib.
Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Bakı-2019 və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini vurğulayan N.Varol 2031-ci ildə Azərbaycanda Hərbçilərin Olimpiya Oyunlarının keçirilməsi təklifi ilə çıxış edib.
“Beynəlxalq Hərbi İdman Şurası Beynəlxalq Olimpiya Komitəsindən sonra ikinci ən böyük multiidman təşkilatıdır. Hər Yay Olimpiya Oyunlarından bir il əvvəl Hərbçilərin Olimpiya Oyunları keçirilir. Burada əsas məqsədimiz Olimpiya Oyunlarına xidmət etməkdir. Bu günə qədər yeddi dəfə Hərbçilərin Olimpiya Oyunlarını keçirmişik. Sonuncu dəfə 2019-cu ildə Çinin Uhan əyalətində bu yarış uğurla təşkil olunub. Oyunlar 2023-cü ildə isə Cənubi Afrikada keçirilməli olsa da, onlar bunu 2027-ci ilə qədər təxirə saldılar. Biz artıq yeni layihələr üzərində çalışırıq. İstəyirik ki, 2031-ci ildə hərbçilərin IX Olimpiya Oyunlarını Azərbaycanda təşkil edək. Azərbaycan daha əvvəl I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bunun üçün də düşünürəm ki, Azərbaycanın bu idman tədbirinə ev sahibliyi etməsi üçün maddi texniki bazası, lazımi infrastrukturu, könüllüləri və təcrübəsi var”, - deyə Nevzat Varol bildirib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə təklifi müsbət qarşılayıb. Təklifin dəyərləndirilməsi üçün Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə müzakirənin vacib olduğunu vurğulayıb.
Görüşdə komitənin baş katibi Azər Əliyev və idman idarəsinin müdiri Həsənağa Rzayev də iştirak edib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
09:10
DÇ: Millimiz Mozambikə qarşı
-
09:00
Azərbaycan kubokunda son 1/8 finalçılar kim müəyyənləşir
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:51
Azərbaycan ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi
-
15:44
Azərbaycan çempionatının püşkü atıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
29.10.2026
28.10.2026
27.10.2026
























