18 Avqust 2026, Çərşənbə axşamı
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Azərbaycan idmançısına 8 illik cəza

Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner 8 illik müddətinə yarışlardan diskvalifikasiya edilib.

Orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılan idmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır.

Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb və karyerasında dördüncü Avropa çempionu olub.

O, həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31