Digər idman növləri
Faiq Qarayev: "Mənim yerim kabinet yox, idman zalıdır"
"Eyni şeyi hər dəfə danışmaq istəmirəm. Bugünkü vəziyyəti yaxşı bilirsiniz. Rəhbərliklə də söhbətimizdə bu barədə ürək ağrısı ilə danışıram".
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev mətbuat konfransında ölkədə bu idman növünün vəziyyəti barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycanda hər zaman voleybol olub: "Ölkədə voleybol çox sevilir. Əfsuslar olsun ki, klublar qəflətən bağlanmağa başladı. Çox görüşlərim oldu. Buna biganə qala bilməzdim. Nazirlərlə görüşdüm, cənab Prezidentə də məlumat verdim. Belə olmaz axı. Fərdi idman növlərində fərqli, komanda növlərində vəziyyət fərqlidir. Klub rəhbərlərini çağırmışam, onlarla iclas keçirdim. Klublar olmasa, inkişaf mümkün deyil. Futbolda heç olmasa 8 klub var. Cavid Qurbanovla da görüşmüşəm. Bir kişi və bir qadın klubu ilə nə edə bilərik? İki Azərbaycan komandası ardıcıl 2 dəfə avrokuboklarda final oynayıb və ölkəyə ən güclü voleybolçular gəlir. Futbola görə də ürəyim ağrıyır. Mən voleybola həyatımı vermişəm".
Qarayev hər kəsin voleyboldan uğur gözlədiyini söyləyib: "İlham Əliyev hamımızın prezidentidir. Məni Türkiyədən dəvət etdi, hər şeyə sıfırdan başladıq. Hər kəs voleyboldan uğur gözləyir. 4 dəfə dünya çempionatında çıxış etmişik, 9 dəfə Avropa çempionatında final oynamışıq. Amma bu gün bizdə klublar yoxdur. Pandemiyadan öncə Cavid müəllim işi öz üstünə götürmüşdü. Ondan sonra dedi ki, gücüm cəmi 2 klub saxlamağa çatır. Banklarla, şirkətlərlə görüşürük. "Vakıfbank"ı Çempionlar Liqasında final oynadan ilk baş məşqçi mənəm. Hələ 1997-ci ildə bu komandaya 1,5 - 2 milyon ayırırdılar. Bu gün bizdə hansısa bank klub saxlayır? Xeyr. Mən kiməm ki, hansısa bankdan bunu istəyim. Onlara da deyilməlidir".
Qarayevin sözlərinə görə, onun yeri kabinet yox, idman zalıdır: "Mən indi gənc məşqçilər yetişdirməli, məsləhətçi işləməliyəm. Klub olmayandan sonra oyunçular, məşqçilər nə etsinlər, harada işləsinlər? Bu işi düzgün qurmaq lazımdır ki, davam etsin. İki klubla çempionatı necə saxlamaq olar? Niyə "Rabitə"ni, digər klubları açmırlar? Bu, milli məsələdir. Voleybola maraq yaratmalıdırlar. Ümumiyyətlə, söhbət bütün idman növlərindən gedir. Yuxarıdan göstəriş verilməli, 4 illik proqram hazırlanmalıdır. Mənim adım-sanım var. İki klubla necə işləyim?" ("Report")
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
21.09.2026
20.09.2026
























