21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Digər idman növləri

Azərbaycan AÇ-də 7 boksçu ilə

İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
 
Çempionatda gənclərdən ibarət yığmamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 7 boksçu mübarizə aparacaq. Komandamızın heyətində Əli Zamanov (52 kq), Masqud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıblar.
 
Azərbaycanı qitə birinciliyində hakim kimi Fuad Aslanov təmsil edəcək.
 
Bu gün səfərə yollanan yığmamız iyunun 25-də vətənə dönəcək.




< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30