15 Fevral 2026, Bazar günü
Rəşad Sadıqovdan qələbə şərhi
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi

Digər idman növləri

Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının növbəti uğuru

Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyası (ASPF) növbəti uğura imza atıb.

Bu haqda Futbolxeber.az saytına ASPF-in prezidenti Abbas Hünbətov məlumat verib. O bildirib ki, federasiya Dünya Karate Konfederasiyasına (DKF) şorin-ryu üzrə üzv seçilib. Bu barədə federasiyaya xüsusi məktub göndərilib.

Məktub mərkəzi Serbiyada yerləşən beynəlxalq federasiyanın prezidenti Marko Nikoviç tərəfindən imzalanıb. Hazırda bir neçə mötəbər beynəlxalq idman qurumu ilə üzvlüklə bağlı danışıqlar gedir və yaxın günlərdə əməkdaşlıq barədə ictimaiyyətə məlumat veriləcək.

Əllidən artıq ölkədən federasiya və idman qurumlarının üzv olduğu DKF-nin rəhbəri yeni üzvlüklə bağlı ASPF-ni təbrik edib, gələcək əməkdaşlıqda uğurlar arzulayıb.

Bir neçə ay əvvəl A.Hünbətova Dünya Karate Konfederasiyası tərəfindən şorin-ryu üzrə 5-ci dan lisenziyası təqdim olunub.  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28