15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Azərbaycan Milli Olimpiya Komitəsinə 180 min ABŞ dolları ayrıldı

Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Milli Olimpiya Komitələri (MOK) və beynəlxalq federasiyalara edəcəyi maliyyə yardımının məbləği açıqlanıb.

Futbolxeber.az-ın İOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, qurum bunun üçün ümumilikdə 100 milyon ABŞ dolları ayırıb.

Məbləğin 63 milyonu beynəlxalq federasiyalar, 37 milyonu isə 206 MOK arasında bölüşdürüləcək. Bu isə o deməkdir ki, hər komitəyə təqribən 180 000 ABŞ dolları ödəniləcək.

Bundan başqa, İOC-un İcraiyyə Komitəsi 2020-ci ilin sonunda Milli Olimpiya Komitələrinə daha 150 milyon ABŞ dolları həcmində yardım ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi koronavirus pandemiyası səbəbindən təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarına görə Milli Olimpiya Komitələri və beynəlxalq federasiyalara maliyyə dəstəyi verir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31