Digər idman növləri
Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının İcraedici Kollegiyasının 25-ci iclası keçirilib
Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraedici Kollegiyasının 25-ci iclası keçirilib.
Futbolxeber.az-ın məlumatına görə, tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud, Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-nin baş katibi Faysal Abdulaziz Əl-Nassar, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç və müavini Faruk Özçelik, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva və digərləri iştirak ediblər.
İclasda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı haqqında məlumat verilib və müzakirələr aparılıb. İştirakçılar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təşkilati işlərindən razı qaldıqlarını bildiriblər.
Toplantıda, həmçinin 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi qeyd olunub. Türkiyənin Oyunların hazırlığı üçün lazım olan bütün işləri yüksək səviyyədə yerinə yetirəcəyinə əminlik ifadə edilib.
İclasdan sonra media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.
İHİF-in prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud iclasın məhsuldar keçdiyini bildirib. O, mayın 12-22-də Azərbaycan paytaxtında təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini vurğulayıb. İHİF prezidenti Azərbaycanın mötəbər idman yarışlarının təşkilin sahəsində böyük təcrübəsinin olduğunu xatırladıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iki gündür Bakıda mühüm tədbirlərin keçirildiyini bildirib. O, V İslam Həmrəyliyi Oyunlarının İstanbulda təşkilinə dair qərarın qəbul edilməsinin sevindirici olduğunu vurğulayıb. Nazir ölkəmizdə İslamiadaya hazırlıqla bağlı bütün işlərin qrafikə uyğun getdiyini söyləyib. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının bayraqdarının hələ müəyyənləşmədiyini deyən, A.Rəhimov namizədlər arasından ən layiqlisinin seçiləcəyini bildirib. O, İslamiadaya 100-dən artıq xarici, 500-dən çox yerli media nümayəndəsinin akkreditasiya üçün qeydiyyatdan keçdiyini açıqlayıb.
Türkiyənin Gənclər və idman naziri Akif Çağatay Kılıç 2021-ci ildə İslamiadanın İstanbulda keçirilməsi ilə bağlı qərar barədə danışarkən deyib: “Məqsədimiz İslam Həmrəyliyi Oyunlarının dünya idman tədbirləri arasında mühüm yer tutmasını təmin etməkdir. Bunun üçün ölkəmizin rəhbərliyindən lazımi dəstəyi almışıq. Hazırda İstanbul İslamiadaya tam hazırdır. Hətta 3-4 ay sonra keçiriləcəyini desələr belə, bu yarışı yüksək səviyyədə təşkil edə bilərik. Bir neçə idman qurğusunda yenilənmə işləri aparacağıq. Yaxın vaxtlarda ölkəmizdə bir neçə yarış təşkil olunacaq”.
İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva bilet satışının yüksək səviyyədə olduğunu vurğulayıb. O, oyunlar ərəfəsində bilet satışının daha da artacağını bildirib.
Futbol üzrə İndoneziya yığmasının İslamiadada iştirak etməməsi ilə bağlı məlumat verilərkən bildirilib ki, digər milli federasiyalar kimi, İndoneziyanın da müvafiq qurumuna yarışa qatılması ilə bağlı dəvət göndərilib. Lakin İndoneziya Milli Olimpiya Komitəsi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirakla bağlı rəsmi bildirişi vaxtında göndərmədiyi üçün bu ölkənin milli komandası futbol yarışının iştirakçıları siyahısına daxil edilməyib. (AZƏRTAC)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























