16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
Kurban Berdıyevdən qələbə şərhi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu

Digər idman növləri

Azərbaycan çempionatı başa çatıb

Martın 2-3-də Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar, həmçinin ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçirilib.
 
Futbolxeber.az-ın məlumatına görə, yarışda ölkənin regionlarından gələn 150-yə yaxın atlet medallar uğrundan mübarizə aparıb. Qadınlar və ustadlar Sinkleyr cədvəli ilə mütləq, kişilər isə 8 çəki dərəcəsində klassik qaydada qalibləri müəyyən ediblər.
 
İdmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması məqsədilə təşkil olunan çempionat maraqlı mübarizə şəraitində keçib, gözlənilən nəticələr əldə edilib.
 
Aşağıda bütün qaliblərin siyahsı ilə tanış ola bilərsiniz:
 
Qadınlar
 
1. Elnarə Abbasova, 2. Səbinə Əzimova, 3. Firuzə İbrahimova.
 
 
Kişilər
 
56 kq
 
1. Ruslan Rzazadə, 2. Emin Mirzəyev, 3. Rüstəm Qasımov.
 
62 kq
 
1. Allahyar Abışov, 2. Rauf Nəbiyev, 3. Elmar Alıyev.
 
69 kq
 
1. İsa Rüstəmov, 2. Sənan Quliyev, 3. Məhəmməd Məmmədli.
 
77 kq
 
1. Əfqan Bayramov, 2. Kənan Əliquliyev, 3. Orxan Zeynalov.
 
85 kq
 
1. Ceyhun Tağızadə, 2. Kamran İsmayılov, 3. Sənan Mirzəyev.
 
94 kq
 
1. Nailxan Nəbiyev, 2. Rövşən Fətullayev, 3. Hüseyn İsmayılov.
 
105 kq
 
1. Əziz Nurməmmədov, 2. Xəlil Gəraylı, 3. Ümidvar Bayramlı.
 
+105 kq
 
1. Azər Məmmədli, 2. Rolan Piriyev, 3. Vasif Səfərov.
 
 
Ustadlar (veteranlar)
 
1. Vladimir Jilyayev, 2. Namiq Cəmilov, 3. Akif Alıyev.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31