4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Digər idman növləri

“Tour d`Azerbaidjan-2016”nın ilk qalibi: “Komandamız üzərinə düşəni işi gördü”

“Yürüşə yaxşı başladıq. Komandamız üzərinə düşəni işi gördü. Liderimiz öhdəliyini yerinə yetirdi. Komandamızın 2 üzvü də mənə çox yardım etdi. Ümumilikdə, yarışın yaxşı keçdiyini söyləyə bilərəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Tour d`Azerbaijan”ın ilk mərhələsinin qalibi, Almaniyanın “Bora-Arqon 18” komandasının üzvü Fil Bauas deyib.

O qeyd edib ki, bu, peşəkar karyerası ərzində ilk qələbəsidir: “Bu mənim peşəkar səviyyədə ilk qələbəmdir. Qalib gəlmək hər zaman xoşdur. Çalışacağam ki, bundan sonra da inamlı çıxışımı davam etdirim. Amma sabahkı gün dağ mərhələsidir. Bu isə sprienterlər üçün əlverişli deyil. Son mərhələ sprinterlər üçün yaxşıdır”.

Hava şəraitindən heç bir narazılığı olmadığını qeyd edən Bauas Azərbaycan haqda müsbət fikirlər səsləndirib: “Çox gözəl ölkəniz var. Birinci dəfədir ki, Azərbaycandayam. Buranı çox bəyəndim. Təşkilatçılıq yüksək səviyyədədir. Eləcə də çoxlu sayda azarkeşlərin turu izləməsi müsbət haldır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31