10 Mart 2026, Çərşənbə axşamı
Qurban Qurbanovdan qələbə şərhi
Demçenko: “Futbolçular cərimələnəcək”
"Neftçi"də yeni təyinat reallaşıb
"Qarabağ"dan böyük hesablı qələbə

Digər idman növləri

“Azəryol”un baş məşqçisi: “Çalışacağıq ki, İtaliyada da qələbə qazanaq”

Qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunun "Çelenc raundu"nda ilk oyununda İtaliyanın "Novara" klubunu 3:1 hesabı ilə məğlub edib. Görüşdən sonra “Azəryol”un baş məşqçisi Ziya Rəcəbov Futbolxeber.az saytına açıqlamasında qələbəni belə şərh edib: “İtaliya demək olar ki, voleybolun vətənidi. Bu ölkənin klubları hər zaman iddialı olurlar. “Novara” da güclü rəqibdi. Elə buna görə də oyunumuz çətin alındı. Üçüncü setdə 5-6 xal öndə olsaq da, sonda partiyanı uduzduq. Bu, şanssızlıqdı. Amma sonda 3:1 hesablı qələbə qazandıq. Bundan sonra səfər oyununa hazırlaşacağıq. Qarşıdakı matç çox çətin keçəcək. Orada 2 setdə qələbə qazansaq, mərhələ adlayacağıq. Bununla belə, çalışacağıq ki, səfərdə də qalib gələk”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31