Digər idman növləri
Serbiyadakı səfirimiz millimizin qələbəsindən danışdı: “Komandamızla qürur duydum”
Futzal üzrə Avropa çempionatının final mərhələsində keçirilmiş Azərbaycan - Çexiya oyununu izləyən respublikamızın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Həyəcanlı və dramatik keçən qarşılaşma ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
- Çox həyəcanlı idik. Futzal idmanın xüsusi çeviklik tələb edən bir növüdür. Hər saniyənin öz hökmü var və qarşılaşmanın taleyi oyunçuların çevikliyindən çox asılıdır. Komandamızla qürur duydum. Sevindirici məqamlardan biri də Serbiyanın ən ucqar rayonunda yaşayan azərbaycanlıların da oyunu seyr etmək üçün “Belqrad Arena”ya gəlməsidir. Azərbaycanın qısa bir zaman içərisində idman ölkəsinə çevrildiyini unutmaq olmaz. İdmanın bütün növlərində əldə edilən uğurlara görə bayrağımızın dalğalanması və himnimizin səsləndirilməsi bizi sevindirir, fəxr hiss keçiririk. Qısa müddət ərzində ölkəmiz haradan-hara gəldi. 15 il əvvəl Azərbaycanın adı bu idman növündə çəkilmirdi. Amma indi Avropanın 12 ən güclü komandası sırasındayıq. Buna görə də əməyi keçən hər kəsə – məşqçilərə, rəhbərliyə, texniki heyətə, futzalçılarımıza təşəkkürümü bildirirəm.
- Oyun zamanı komandamız dəfələrlə hesabda irəli çıxsa da, rəqib mübarizəni sona qədər davam etdirdi. Qələbə qol vurulana qədər hansı hissləri keçirdiniz?
- Bunu sözlə ifadə etmək çox çətindir. Sakit təbiətli insan olsam da, yerimdə sakit otura bilmirdim. Əlbəttə, nəticə bizi çox sevindirdi.
- Bu qələbə komandamıza mübarizəni davam etdirmək şansı yaradıb. Növbəti oyunlarda necə, sizi tribunada görə biləcəyikmi?
- Millimizin burada keçirəcəyi oyunların hamısını yaxından izləyəcəyəm. Sonrakı oyunlarda da uğur qazanmaq üçün kifayət qədər əsasımız var. Çünki komandamız peşəkarlardan qurulub.
- İdmanda əldə edilən uğurlu nəticə həm də istənilən ölkənin tanınmasında müstəsna rol oynayır...
- Xatırlayaq ki, Azərbaycan idmanda ilk ciddi uğurlarına 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında nail oldu. Qazanılan qızıl medallar bayrağımızın dalğalanmasına, himnimizin səsləndirilməsinə xidmət etdi. O vaxtdan bəri olimpiya, dünya və Avropa çempionatlarında, eləcə də I Avropa oyunlarında qazanılan medalların hamısı Azərbaycan xalqının, xüsusilə də Prezidentimizin apardığı siyasətin tərkib hissəsidir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
- Ötən il ölkəmizdə I Avropa Oyunları keçirildi. Bu ilə isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı, eləcə də 2020-ci ildə futbol üzrə Avropa çempionatının bir neçə məsul oyunu keçiriləcək. Bunları beynəlxalq təşkilatların ölkəmizə tam etimadının nəticəsi kimi dəyərləndirmək olarmı?
- Bu, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun təsdiqidir. Digər yandan, bu millətimizin sağlam ruhunun göstəricisi, ölkəmizin tanınması, sevilməsi, kim olduğumuzu ortaya qoymaq üçün ən güclü vasitədir. Bütün bunlar xalqımızın, dövlətimizin mənafeyinə xidmət edən amillərdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Xankəndidə vurulan qollar
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
-
16:24
“Neftçi” yenidən vahid lider oldu (YENİLƏNİR)
-
16:23
Luis Enrike rekordçu oldu
-
16:00
“Kəpəz” - “Qarabağ”: Heyətlər müəyyənləşdi
-
15:31
Azərbaycan basketbolçusu Sinqapurda müsabiqənin qalibi olub
-
15:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
-
15:05
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
14:53
Ağadadaş Salyanski “Neftçi”yə qarşı niyə oynamır?
-
14:49
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
-
14:24
“Mançester Siti”nin 15 illik seriyası qırıldı
-
13:56
“Araz-Naxçıvan” - “Neftçi”: Heyətlər açıqlandı
-
13:32
"Arsenal" büdrədi VİDEO
-
13:18
PSJ-nin heyətində ciddi itki
-
13:00
"Çelsi" öz meydanında uduzdu VİDEO
-
12:43
Cəlalın komandası səfərdən 3 xalla qayıtdı
-
12:21
"Borussiya" tək qolla sevindi VİDEO
-
12:07
Yunuszadə sona kimi ehtiyatda qaldı
-
11:55
"Roma"nın hücumçusundan poker VİDEO
-
11:34
Kaxaber Sxadadzenin yeni klubu müəyyənləşdi
-
11:19
"Latsio" liderliyini davam etdirir VİDEO
-
10:46
Muradın komandasından qələbə
-
10:22
"Fənərbaxça"dan xal itkisi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Mançester Siti" öz meydanında qələbə qazana bilmədi VİDEO
-
09:31
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
09:17
"Qalatasaray"dan növbəti qələbə VİDEO
-
09:00
Millimizin üzvü oynamadı, komandası qalib gəldi
-
20:08
Bekiri: “Qələbəyə layiq idik”
-
18:56
"Turan Tovuz” zirvəyə şərik oldu, "Qəbələ" autsayderi məğlub etdi
-
18:43
PFL prezidenti Elnur Cəfərovu mükafatlandırıb
-
18:32
"Turan Tovuz" 3 xalı 2 qolla qazandı VİDEO
-
17:25
Azər Bağırov: “Həmişə düzgün nədirsə, onun arxasındayam”
-
17:00
Berdiyev: “Təxribatlara cavab vermək olmaz"
-
14:12
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək
-
13:44
"Şamaxı" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
13:27
“Şahdağ Qusar”ın kapitanı: “Hədəfimiz çempionluqdur”
-
12:51
KONMEBOL-dan İnfantinoya dəstək
-
12:33
"Kəpəz" - "Qarabağ" oyununa görə Gəncədə ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq
-
12:08
İtaliya klubu millimizin hücumçusu ilə yeni müqavilə imzaladı
-
11:45
İmaməddin Xəlilov dünya çempionatının bürünc mükafatçısı olub
-
11:26
İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
-
10:52
"Bavariya"ya üçün şok itki
-
10:34
Riad Rəfiyev: “Baş hakimin bir qərarı bütün oyunu alt-üst etdi”
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
“Bavariya”dan gözlənilməz xal itkisi VİDEO
-
09:41
Ronaldo 986-cı qolunu vurdu
-
09:23
Zamiq oynadı, komandası məğlub oldu
-
08:39
Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
-
22:35
Filipe Kandido: “Daha yaxşısını etməyə gücümüz var”
-
20:56
“Zirə” qələbəni əldən verdi, "Sumqayıt" uduzdu
-
20:19
Rui Jorjedən qələbə şərhi: “Əlimdə olan bütün futbolçular inkişaf edir”
22.11.2026
21.11.2026
20.11.2026
























