23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Digər idman növləri

“Bakı-2015”: Üç idmançımız 1/32 final səddini adlaya bilmədi

Bu gün Bakı-2015 I Avropa Oyunlarında kamandan oxatma yarışlarında kişilərin fərdi mübarizəsi davam edir. Futbolxeber.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda 1/32 final mərhələsi keçirilir.

Azərbaycan bu yarışda 3 idmançı ilə təmsil olunub. Hər üç oxatanımız 1/32 finalda uduzaraq, mübarizəni dayandırıb.

Hədəf önünə keçən ilk oxatanmız Aleksey Kopnin olub. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşan təmsilçimiz 2:6 (1:1, 1:1, 0:2, 0:2) hesabı ilə məğlub olub.

Taras Senyuk lüksemburqlu Ceff Henke llə üz-üzə gəlib. Bu görüşdə 6:4 (2:0, 0:2, 1:1, 1:1, 2:0) hesabı ilə qalib gələn rəqib 1/16 finala adlayıb.

Roman Vengerovun rəqibi isə fransalı Lukas Daniel olub. Təmsilçimiz 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan oxatanlarından yalnız qadınların yarışında çıxış edən Olqa Senyuk mübarizəni davam etdirir (apasport.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31