1 Yanvar 2026, Cümə axşamı
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

"Bakı-2015": 3 boksçumuz 1/4 finala yüksəldi (Yenilənib)

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, bu gün 5 təmsilçimiz 1/8 mərhələsi çərçivəsində rinqə çıxacaq

Kişilər

56 kq

Bu çəkidə ölkəmizi təmsil edən Tayfur Əliyev 1/8 finalda rumın Nikolae Andreiana ilə üz-üzə gəlib. Rəqibini üstələyən Əliyev 1/4 finala adlayıb. Əliyev növbəti mərhələdə Danimarka idmançısı Fredrik Yensenlə üz-üzə gələcək.

81 kq

Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov ardıcıl ikinci gün rinqə çıxacaq. Dünən 1/16 final mərhələsini uğurla adlayana boksçumuz, bu gün də eyni uğuru 1/8 finalda təkrarlayıb. Məmmədov polşalı Yordan Kulinskiyə qalib gəlməklə adını 1/4 finala yazdırıb. Məmmədov 1/4 finalda Peter Millenberqi sınağa çəkəcək. 

+91 kq

Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov 1/8 finalda gürcü Mixail Baxtidzeni sınağa çəkib. Rəqibini çətinlik çəkmədən üstələyən Məcidov 1/4 finala adlayıb. Burada o, Ali Demirezenlə üz-üzə gələcək.

Qadınlar

51 kq

Bu çəkidəki təmsilçimiz Anaxanım Ağayeva 1/8 finalda polşalı Sandra Drabiklə üz-üzə gəlib. Görüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb. Ağayevə mübarizəni dayandırıb.

75 kq

Leyla Cavadovanın 1/8 finaldakı rəqbi isə rusiyalı Yaroslava Yakuşina olub. Cavadova da rəqibinə uduzaraq, "Bakı-2015"də mübarizəni dayandırıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31