5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

“Bakı-2015”: İradə Aşumova 17-ci oldu

Bu gün Bakı-2015 I Avropa Oyunlarında atıcılıq idmanının 3 növündə yarışlar keçirilir. Futbolxeber.az-ın məlumatına görə, qadınların 50 metrdən 3 vəziyyətdə tüfəng və 25 metrdən tapança ilə atəş açmasında, həmçinin kişilərin qoşa səngər stendində mübarizəyə start verilib.

Bu gün Azərbaycan idmançılarından yalnız biri hədəf önünə keçib. Komandamızın ən təcrübəli üzvü İradə Aşumova 25 metr məsafədən tapança ilə atəş açmaqda təsnifat mərhələsinin sərrast hissəsində qüvvəsini sınayıb.

286 xal toplayan snayperimiz 29 iştirakçı arasında 17-ci olub. Təmsilçimiz lider olan avstriyalı Silviya Şteynerdən 9 xal geri qalıb.

Aşumova sabah təsnifat mərhələsinin sürətli atəş hissəsində də çıxış edəcək. Saat 10:00-da başlayacaq yarışdan sonra yarımfinalçılar müəyyənləşəcək (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31