2 Iyul 2026, Cümə axşamı
DÇ: İngiltərə 1/8 finala yüksəldi
“Qarabağ” "Ferentsvaroş"a da uduzdu
“Zirə” Türkiyə klubuna qalib gəldi
Millimizin oyunu Gəncədə

Digər idman növləri

“Bakı-2015”: Daha 3 boksçumuzun 1/8 finaldakı rəqibi müəyyənləşdi

Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, bu gün 3 çəki dərəcəsində Azərbaycanı təmsil edən boksçuların 1/8 finaldakı rəqibləri müəyyənləşib.

69 kq-da yarışan Pərviz Bağırov 1/8 finalda moldovalı Vasili Belousla üz-üzə gələcək. Bu döyüş iyunun 21-də keçiriləcək. Moldovalı boksçu 1/16 finalda belçikalı Anas Messaoudini məğlub edib.

75 kq-dakı təmsilçimiz Xaybula Musalov iyunun 21-də 1/8 finalda Kristian Mbilli Assomo-Hallierlə qarşılaşacaq. Fransız boksçu təmsilçimizə rəqib olmaq üçün Moldovanı təmsil edən Viktor Karapçevşini üstələyib.

91-da yarışacaq əsas ümidlərimizdən olan Məhəmmədrəsul Məcidovun 1/8 finaldakı rəqibi gürcü Mixeil Baxtidzedir. Gürcü idmançı 1/16 finalda ukraynalı Vladislav Sirenkonu məğlub edib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31