Digər idman növləri
"Tour d’Azerbaidjan-2015": Daha bir uğurlu gün
Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşündə 2-ci mərhələyə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, planetin 24 ölkəsini təmsil edən 25 komandanın iştirakı ilə təşkil olunmuş yürüşün iştirakçıları Veloparkdan start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər. Paytaxtı tərk edən velosipedçilər 187 km qət etdikdən sonra İsmayıllıda qalibi müəyyənləşdiriblər.
Nüfuzlu yarışın 2-ci mərhələsi də Azərbaycanın "Synergy Baku" komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, ötən günkü Bakı - Sumqayıt mərhələsini 3-cü pillədə tamamlayan Azərbaycanın Elit yığma komandasının üzvü Maksim Averin, bu dəfə sprinterlərin mübarizəsində ən yaxşı nəticə göstərib və bununla da yaşıl rəngli "SOCAR" köynəyinə yiyələnib.
Mərhələnin qalibi isə Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Primoş Roqliç olub - o, məsafəni 4 saat, 43 dəqiqə, 26 saniyəyə başa vurub. Xatırladaq ki, Roqliç ötənilki "Tour d’Azerbaïdjan" yarışının da bu mərhələsinin qalibi olmuşdu. Ölkəmizin "Synergy Baku" komandasını üzvü Matey Müqerli 2-ci yeri tutub. İlk üçlüyü isə ABŞ-ın "Airgas Safeway Cycling Team" komandasının üzvü, 2013-cü il "Vuelta" yarışının qalibi Kristofer Horner tamamlayıb.
2-ci mərhələnin qalibi olan Primoş Roqliç bununla da yarış liderinə verilən mavi rəngli "Synergy" köynəyinə sahib olub. O, həmçinin ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan qırmızı rəngli "AZAL" köynəyinə də yiyələnib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Çexiyanın "Dukla Praqa" komandasının üzvü Frantişek Sisr fərqlənməklə, bənövşəyi rəngli "Ataholding" köynəyinə yiyələnib.
Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov və Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer təqdim edib.
"Doğrudan da çətin mübarizə idi. Əsasən son yoxuşda irəli atılmağa çalışdım və bu, məndə alındı". Bu sözləri mərhələ qalibi Primoş Roqliç deyib. O, İsmayıllıda qazandığı ikinci qələbəsinin əhəmiyyətli olduğunu söyləyib: "Bu qələbənin əhəmiyyəti çox böyükdür. Çünki bu, İsmayıllıda ikinci qələbəmdir. Buna yenidən nail olmaq üçün çox çalışırdım. Özümü çox xoşbəxt hiss edirəm. Lider köynəyini özümdə saxlamağa çalışacağam".
“Synergy Baku”nun üzvü Matey Müqerli 2-ci yerin də sevindirici olduğunu bildirib: “Çox çətin mərhələ idi. Biz öncə yoxuşlardan istifadə edib, irəli atılmağı planlaşdırmışdıq ki, bu da alındı. Komandamız 3 idmançı ilə əla təqib edirdi. Mərhələnin qalibi olan Roqliç həmyerlimdi. Onunla ayaqlaşmağa çalışırdıq. Komandamızın heyətində yenidən fəxri kürsüdə yer aldığıma sevinirəm. Yarışa çox yaxşı hazırlaşmışıq. Bu yarış bizim üçün xüsusi əhəmiyyət kəsb edir. 5-ci mərhələ Bakı-2015-in marşrutu ilə eynidir və bu oyunlarda da qalib gəlmək istəyirik”.
3-cü olan Kristofer Horner də göstərdiyi nəticədən razı qalıb: “Çox gözəl təbiətə heyran oldum. Azərbaycanın böyük idman potensialı var və ölkədəki iqtisadi inkişaf buna imkan verir. Gözəl iqliminiz, dağlarınız, meşələriniz, azarkeşləriniz var. Bu səbəbdən də mən “Tour d’Azerbaidjan”in gələcəyini yaxşı görürəm. Liderlər qrupu dəstədən ayrılanda burada 16 velosipedçi var idi. Komanda yoldaşlarımla bir-birimizi dəstəkləyərək ön pillələri qoruduq. İndiki halda bu da yaxşı nəticədi. Çünki cəmi 1 gün istirahət etmişdik”.
Sprinterlərin mübarizəsində liderliyə yüksələn "Synergy Baku"nun üzvü Maksim Averin sprintdə daha güclü olduğunu vurğulayıb: "Aralıq finişində məqsəd qoyulmuşdu ki, köynəyi əldə etmək üçün irəli atılım. Sevinirəm ki, güclü olduğum sprintdə bunu bacardım. Şəxsi nailiyyətim önəmli deyil. Əsas odur ki, komanda yoldaşım da ikinci oldu. Amma yarış hələ davam edir. Mən də ən yaxşı sprinter köynəyini özümdə saxlamağa çalışacağam".
2 mərhələdən sonra ümumi təsnifatda "Synergy Baku"nun 2 üzvü var - Matey Müqerli 3-cü, Maksim Averin 5-ci yerdə qərarlaşır. Komanda hesabında isə "Synergy Baku" 2-ci yerdədir. İlk pillədə Sloveniyanın "Adria Mobil" komandası qərarlaşır. Sabah "Tour d’Azerbaïdjan-2015" veloyürüşün 3-cü mərhələsinin startı saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin binasının qarşısında veriləcək. İştirakçılar Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar. Belə ki, 1-ci mərhələdə 3-cü olmaqla 6 xal toplayan təmsilçimiz Maksim Averin, bu gün finiş xəttini 5-ci keçməklə aktivinə daha 4 lisenziya xalı əlavə edib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:54
"Sumqayıt"dan iki legioner transferi
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
21.09.2026
20.09.2026
19.09.2026
























