Digər idman növləri
Sabirabadda Alov Festivalı
Birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da günün ikinci yarısında Sabirabada gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, şəhərin girişində məşəli minlərlə sakin böyük sevinclə qarşılayıb.
Pankration Federasiyasının prezidenti, peşəkar idmançı Azad Əsgərov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.
3,9 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti ilə hərəkət edərək birinci Avropa Oyunlarının alovunu Heydər Əliyev meydanına gətirdilər.
Pəhləvan Amid Babayev Heydər Əliyev meydanında qurulmuş səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.
Sonra məktəbli Nərgiz Əsgərova Avropa Oyunlarının rəmzi çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verdi.
Məşəli qarşılayanlar arasında rayonun Dəngən kənd tam orta məktəbinin müəllimi Əbülfət Məmmədov da vardı. O, Avropa Oyunlarının məşəlini şagirdləri ilə birgə qarşılamasından duyduğu sevinci AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “Məşəl estafetini sabirabadlılar böyük sevinclə qarşılayırlar. Mənə elə gəlir ki, bu gün tarixi hadisə kimi məktəblilərin yaddaşında həmişə xatırlanacaq. Onların üzündəki sevinc həqiqətən də görülməyə dəyər. Ümumiyyətcə, həmyerlilərimə Avropa Oyunlarının məşəlini layiqincə qarşıladıqlarına görə minnətdaram. Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. O ki qaldı yarışlara, idmançılarımızın hər birinə uğurlar arzulayıram. Əminəm ki, azərbaycanlı idmançılar bu yarışlarda da öz sözlərini deyəcəklər”.
Ə.Məmmədov diqqətə çatdırdı ki, ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, respublikamızın beynəlxalq aləmdə tanınmasına, mədəniyyətimizin dünyada təbliğinə töhfə verəcək.
Rayon sakini Eldar Əmənov da sevincini paylaşaraq dedi ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əlamətdar hadisədir: “Bu münasibətlə azərbaycanlı idmansevərləri təbrik edir, idmançılarımıza qələbələr arzulayıram”.
Söhbətə qoşulan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Şükufə Əsgərova ürək sözlərini belə ifadə etdi: “Azərbaycan artıq beynəlxalq tədbirlərin ünvanına çevrilib. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də bu mənada təsadüfi deyil. Bu, ilk növbədə, sürətli sosial-iqtisadi inkişaf, ölkəmizdə əmin-amanlıq, möhkəm ictimai-siyasi sabitliklə sıx bağlıdır. Artıq bu mötəbər idman tədbirinin məşəli ölkəni gəzir, o cümlədən məşəl bizim rayonumuza da səyahət etdi. Hələ də o anların təsiri altındayam. Bütün idmançılara uğurlar arzulayıram. Ancaq bizim idmançılardan daha böyük nəticələr gözləyirəm”.
Birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimindən sonra Sabirabadda möhtəşəm Alov festivalı keçirildi.
Mərasimdə rayonun musiqi kollektivlərinin, respublikanın tanınmış incəsənət ustalarının çıxışları meydana toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılandı.
Səhnədə nümayiş etdirilən Alov şousu festival iştirakçılarında xoş ovqat yaratdı.
Festivalda aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:54
"Sumqayıt"dan iki legioner transferi
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
21.09.2026
20.09.2026
19.09.2026
























