Digər idman növləri
Azərbaycan Velosiped İdmanı Federasiyası VeloParkda ağacəkmə kompaniyası keçirib
2015-ci il may ayının 4-də Bakı-2015 ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı Coca-Cola şirkəti, ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyası birgə həyata keçirdikləri irimiqyaslı ekoloji aksiya çərçivəsində yaz mövsümündə VeloParkda 4000 ağac əkilməsi kompaniyasını başa çatdırmışlar. Futbolxeber.az-ın məlumatına görə, Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan BMX velosiped növü üzrə yarışlar məhz bu VeloParkda keçiriləcək.
Geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında Baku-2015 Avropa Oyunlarının Təşkilati Komitəsinin, Coca-Cola şirkətinin, ADA Universitetinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri, mayın 6-10-da təşkil olunacaq "Tour d’Azerbaïdjan-2015" beynəlxalq velosiped turunda iştirak edəcək "Synergy Baku Cycling Project" komandasının üzvləri iştirak ediblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Veloparkda toplaşmış aksiya iştirakçılarını salamlayaraq bildirib ki, Veloparkın yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər ƏIiyev göstəriş verib: “Bu ərazi çoxlarına yaxşı tanışdır. Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verib. Bu parkda onun özünün şəxsən əkdiyi ağacları da görmək olar. Təəsüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidən agacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Velosipedçilərimizin məşq edə bilmələri üçün burada 4 velomarşurut yaradıldı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər. Son üç ildə bu parkda 30.000–dən çox ağac və bəzək kolu əkilib. Son bir neçə həftə ərzində isə Coca-Cola şirkəti və ADA Universiteti tərəfindən burada daha 4.000 ağac əkilib və biz ümidvarıq ki, belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq Bakı-2015 Oyunlarına dəstək verən bütün tərəfdaşlara təşəkkürünü bildirərək qeyd etdi ki, tərəfədaşlarımızın “Bakıda keçiriləcək ilk Avropa Oyunlarına bu cür dəstəyi bizi çox sevindirir. 2012-ci ilin dekabrında Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi məlum olan kimi, biz bütün səylərimizi bu oyunların Azərbaycanda dəyərli bir irs qoymasına yönəltdik. 29 ay hazırlıq müddətində çoxlu sayda gənc Azərbaycan mütəxəssisi beynəlxalq səviyyəli yarışların keçirilməsində yeni təcrübə və bacarıqlar əldə ediblər. İnsan kapitali irsindən başqa, Avropa Oyunları Azərbaycana digər sahələrdə də böyük töhvə verəcək ki, onlardan biri də bu gün bizim tərəfdaşlarımız Coca-Cola və ADA Universitetinin dəstəyi ilə həyata keçirilir” – deyə, Saymon Kleq bildirib.
Azərbaycan Coca-Cola Bottlers MMC-nin Baş Müdiri Cem Becel təmsil etdiyi qurumun dünyanın ən nüfuzlu şirkətlərindən biri olaraq Azərbaycanın davamlı inkişafına verdiyi töhvədən danışdı:“Ağac əkilməsi bizim Azərbaycanda həyata keçirdiyimiz ekoloji siyasətimizin mühüm hissəsidir. 2014-cü ildə Coca-Cola ADA Universiteti ilə birgə 2020-ci ilədək 100,000 ağacın əkilməsini nəzərdə tutan uzunmüddətli ekoloji proqrama start verdi. Bu proqrama Bakı-2015 Avropa Oyunlarının idman obyektlərindən biri olan VeloParkın da daxil edilməsinə çox şadıq. Velosiped idmanı üzrə beynəlxalq və milli yarışların keçiriləcəyi VeloPark Bakının ən gözəl guşələrindən birinə çevrilməkdədir. Bakı-2015 Oyunlarının rəsmi tərəfdaşı kimi, ilk Avropa Oyunlarının uğurla keçməsinə dəstək olmaqdan çox məmnunuq və Oyunların ölkəmizin və insanların həyatında müsbət dəyişikliklərə səbəb olacağına inanırıq”.
Coca-Cola şirkətinin nümayəndəsi onu da bildirdi ki, ADA Universiteti ilə həyata keçirilən “Ağac Əkək, Təbiətə Pay Verək” adlı ekoloji proqramın məqsədi Abşeron yarımdamasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolaqlarının artırılması ilə ətraf mühitin inkişafına nail olmaqdır. Bu ilin sonunadək Coca-Cola və ADA Universiteti birlikdə 20,000 ağacın əkilməsini planlaşdırır. Bu ekoloji proqramın bir maraqlı özəlliyi isə ağacların damcı suvarma sistemi ilə təchiz olunmasıdır ki, bu da öz növbəsində su ehtiyatlarından qənaətlə istifadəni nəzərdə tutur. Bu ekoloji proqram vasitəsilə Abşeronda meşə zolaqlarının artması su ehtiyatlarının bərpasına müsbət təsir göstərəcək və ərazilərin eroziyaya məruz qalmasının qarşısını alacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
20.09.2026
19.09.2026
18.09.2026
























