29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Digər idman növləri

Azərbaycan çempionatında baş verən ölüm hadisəsinin təfərrüatları məlum oldu

Azərbaycan çempionatında baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, yarış Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası tərəfindən keçirilib. Yarış zamanı kompleksdə təcili yardım olmayıb, idmançılara arenanın tibbi personalı kömək göstərib.

Hadisə baş verən zaman Quba idmançısı Ramin Zeynalov rəqibin fəndinin qurbanı olub. Fəndə düşən Zeynalov ardıcıl zərbələrdən sonra huşunu itirib, sonradan məlum olub ki, idmançı dünyasını dəyişib. Səkkiz guşəli rinqdə ölüm hadisəsindən sonra Azərbaycan çempionatı dayandırılıb, yarışın digər görüşləri baş tutmayıb.

Hadisədən sonra tibbi ekspertiza üçün Ramin Zeynalovun meyidi müayinə edilib və onun ürəyinin zərbədən sonra dayandığı təsdiqlənib. Hazırda mərhum idmançının dəfn mərasimi keçirilir.

Qeyd edək ki, Ramin Zeynalovun iki yaşında bir övladı var.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31