12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Digər idman növləri

Azərbaycan stolüstü tennisçiləri "Euro Mini Champs" turnirində iştirak edəcəklər

Azərbaycanın 13 yaşadək stolüstü tennisçilərdən ibarət milli komandası Fransada keçiriləcək "Euro Mini Champs" turnirində mübarizə aparacaq.

Futbolxeber.az saytının Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən verdiyi məlumata görə, yarış avqustun 28-də Şiltinheym şəhərində start götürəcək.

Heyətdə Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə yer alıblar. İdmançılar məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında çıxış edəcəklər.

Kiçik Avropa çempionatı adlandırılan və sayca 20-ci olan turnirə avqustun 31-də yekun vurulacaq.

Qeyd edək ki, stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışda bürünc medal qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31